PALITRA
  Gündəlik online qəzet
12.09.2019 | 09:38:00 | Sosial şəbəkədə paylaş:


İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun vəzifəsindən azad olunması ilə birlikdə Vaşinqtonun Tehrana olan təzyiqlərinin sona çatmasını istədi.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif "Twitter" hesabından bölüşdüyü ismarışında Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun ABŞ prezidenti Donald Tramp tərəfindən vəzifəsindən azad edilməsi ilə bağlı fikir bildirdi.
ABŞ xarici işlər naziri Mayk Pompeo və xəzinə naziri Stiven Mnuçinin ötən gün Boltonun vəzifədən uzaqlaşdırılmasından sonra təşkil etdikləri mətbuat konfransında İrana qarşı təzyiqi artıracaqlarına dair açıqlamasına reaksiya göstərən Zərif: "Boltonun vahiməyə düşmüş iş ortaqlarından başqa dünya "B komandası"nın Ağ Evdəki xidmətçisinin qovulmasından sonra rahat bir nəfəs aldığı halda Pompeo və Mnuçin İrana qarşı iqtisadi terrorizmi daha da artıracaqlarını bildirdilər. Müharibə hərisliyi və maksimum təzyiq müharibə carçısı ilə birlikdə getməlidir" dedi.
Qeyd edək ki, ABŞ prezidenti ötən gün aralarında anlaşılmazlıq olması səbəbindən Con Boltonu milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsindən azad etdiyini, bu vəzifəyə gələcək şəxsin adını isə gələn həftə açıqlayacağını bildirib.
Prezident Tramp ilə Bolton arasında xüsusulə İran və Venesuela məsələlərində fikir ayrılığı vardı.
Ağ Evdə terrorizmlə mübarizəyə qarşı sanksiyaların artırılmasına dair Trampım imzaladığı sərəncamla bağlı mətbuat konfransı keçirən Pompeo və Mnuçin Trampın İran prezidenti Həsən Ruhani ilə ilkin şərtsiz görüşməyə hazır olduğunu, lakin İrana qarşı maksimum təzyiq siyasətinin davam ediləcəyini açıqlayıblar.
Zərif "B komandası" adlandırdığı Con Boltonu, İsrailin baş naziri Binyamin Netanyahunu, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı və Abu Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zahidi ABŞ-ı İrana qarşı müharibəyə sövq etməyə cəhd göstərməkdə günahlandırırdı.

Xəbər 107 dəfə oxundu

Ana səhifə