PALITRA
  Gündəlik online qəzet
12.09.2019 | 10:26:00 | Sosial şəbəkədə paylaş:


Pakistanın xarici işlər naziri Şah Mahmud Kureyşi BMT İnsan Haqları Şurasını “istintaq komissiyası” qurulması üçün addım atmağa çağırdı.
Pakistanın xarici işlər naziri Şah Mahmud Kureyşi xüsusi statusuna son qoyulan və müxtəlif məhdudiyyətlərə məruz qalan Cammu Kəşmirdəki humanitar böhranın dərinləşdiyini bildirərək, BMT İnsan Haqları Şurasını “istintaq komissiyası” qurulması üçün addım atmağa çağırdı.
BMT-nin Cenevrədəki mərkəzi qərərgahında bazar ertəsi günü başlayan İnsan Haqları Şurasının 42-ci iclasında iştirak etmək üçün İsveçrəyə səfər edən nazir Kureyşi səfərinin son günündə beynəlxalq media quruluşlarının Cenevredəki nümayəndələrilə görüşüb.
Kureyşi jurnalistlərdən Kəşmir xalqının yaşadığı humanitar böhranı bütün dünyaya çatdırmalarını istəyərək, Kəşmirə gəlmək istəyən jurnalistlərin təhlükəsizliyini təmin edəcəyinə dair zəmanət verib.
Kəşmirdə humanitar böhranın ciddi səviyyələrdə olduğunu qeyd edən Kureyşi BMT-nin İnsan Haqları üzrə ali komissarı Mişel Bacelıtın də tövsiyəsi istiqamətində Kəşmirdəki insan haqları pozuntularının araşdırılması məqsədilə İnsan Haqları Şurasının bir komissiya qurmasının vacibliyini vurğulayıb.
Kureyşi Kəşmir məsələsinin həlli üçün üçüncü bir tərəfin vasitəçiliyinə müsbət yanaşdıqlarına da işarə edib.
Qeyd edək ki, Hindistan yarım əsrdən çoxdur Cammu Kəşmirə imtiyaz verən konstitusiyanın 370-ci maddəsini avqustun 5-də ləğv edərək, bölgənin xüsusi statusunu ortadan qaldırdı.

Xəbər 96 dəfə oxundu

Ana səhifə