PALITRA
  Gündəlik online qəzet
12.09.2019 | 13:20:00 | Sosial şəbəkədə paylaş:

“Azərbaycan hakimiyyəti hazırda söz və mətbuat azadlığının, KİV-in inkişafının təmin edilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edir”. Bu sözləri Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. Prezidentin köməkçisi deyib ki,
Azərbaycan dünyanın və bölgəmizin azsaylı ölkələrindəndir ki, hələ 1998-ci ildə mətbuat və informasiya nazirliyini ləğv edib və mətbuatın dövlət tənzimlənməsindən birmənalı şəkildə imtina edib: “Azərbaycan dövləti bu işi hazırda ölkə jurnalistlərinin öhdəsinə buraxıb ki, onlar da öz ümumi toplantılarında jurnalistlərin vahid ictimai təşkilatı olan Mətbuat Şurasını yaradıblar. KİV-lərin fəaliyyətinin dəstəklənməsi və siyasi plüralizmin genişləndirilməsi siyasətini də biz məhz yaratdığımız KİVDF fondu, o cümlədən Mətbuat Şurası vasitəsilə həyata keçirməyə çalışırıq. Mətbuat Şurası bu istiqamətdə dövlətin əsas tərəfdaşıdır. Ölkə jurnalistlərinin ictimai maraqlarının yeganə təminatçısı kimi çıxış edən bu qurum uğurlu fəaliyyət göstərir və bugünkü möhtəşəm toplantı da bunun əyani sübutudur. Dünya ölkələrini təmsil edən əksər Mətbuat Şuralarını Bakıya toplamaq və milli-transmilli jurnalistikanın, azad medianın problem və uğurlarını müzakirə etmək bacarığı bunun göstəricisidir”.

Anar

Xəbər 108 dəfə oxundu

Ana səhifə