PALITRA
  Gündəlik online qəzet
12.09.2019 | 14:36:00 | Sosial şəbəkədə paylaş:

Rusiya Federasiyası Sverdlovsk vilayətinin Beynəlxalq Münasibətlər və Xarici İqtisadiyyat naziri Vasiliy Kozlov Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin, o cümlədən Sverdlovsk vilayəti ilə əməkdaşlığın uğurlu inkişafını vurğulayıb. Vasiliy Kazlov Azərbaycan-Rusiya biznes forumunda diqqətə çatdırıb ki, gələn il Sverdlovsk vilayətinin sahibkarlarının Azərbaycana səfərinin təşkil edilməsi planlaşdırılır. Vasiliy Kozlov deyib ki, Azərbaycan Cənubi Qafqazda Rusiyanın vacib ticari-iqtisadi tərəfdaşıdır. O bildirib ki, Rusiyanın region ölkələri ilə ticarətinin təxminən 50 faizi Azərbaycanın payına düşür. Azərbaycanda Rusiya kapitalı ilə 700-ə qədər şirkət işləyir: “Öz növbəsində, Sverdlovsk vilayəti Azərbaycanda tərəfdaşlarla ticari-iqtisadi əlaqələrin qurulmasında maraqlıdır. Biz Rusiyada işləmək istəyən azərbaycanlı biznesmenləri dəvət etmək niyyətindəyik. Bizim iqtisadiyyatımızın əsasını metallurgiya təşkil edir, Azərbaycana tibb avadanlığı tədarük etməyə hazırıq”.

Anar

Xəbər 145 dəfə oxundu

Ana səhifə