PALITRA
  Gündəlik online qəzet
12.09.2019 | 14:29:00 | Sosial şəbəkədə paylaş:

"Ermənistan Rusiya ilə münasibətləri əsnasında öz dövlət maraqlarını qurban verir, Rusiyaya hər şey verir, əvəzində isə heç nə almır". BBC-nin məlumatına görə, bunu Ermənistan parlamentində millət vəkili Arman Babacanyan bəyan edib.
"Bizim KTMT ilə bağlı istənilən fəaliyyətimiz ancaq Ermənistanın ləyaqəti və suverenliyi hesabına onun Rusiya maraqlarına qulluq edən qurum statusunu dərinləşdirir", - millət vəkili Babacanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərin tənzimlənməsinə dair qanunvericilik dəyişikləri ilə bağlı müzakirələr zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan KTMT üzvü olaraq Rusiyanın maraqlarına xidmət etməyə məcburdur, "bir halda ki, Azərbaycan qurumun üzvü olmaya-olmaya daha böyük imtiyazlara malikdir".

Xəbər 145 dəfə oxundu

Ana səhifə