PALITRA
  Gündəlik online qəzet
12.09.2019 | 17:15:00 | Sosial şəbəkədə paylaş:

Belarus Respublikasının Brest şəhərində Avrasiya Kitabxana Məclisinin iclası keçirilib. Tədbir Brest Şəhər İcraiyyə Komitəsi tərəfindən Avrasiya Kitabxana Məclisi ilə birlikdə, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (İFES) dəstəyi ilə təşkil olunub. MDB ölkələrinin (Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistanın) milli kitabxanalarının rəhbərləri “Kitabın xalqın intellektual mədəniyyətinin formalaşmasında rolu” adlı beynəlxalq konfransda iştirak ediblər. Konfransın əsas məqsədi MDB ölkələrinin vahid informasiya məkanının mövcud vəziyyəti və inkişaf perspektivlərini qiymətləndirmək, intellektual mədəniyyətin formalaşmasında kitab kolleksiyalarının rolunu müəyyənləşdirməkdir. Qələbənin 75 illik yubileyi ərəfəsində forumda Böyük Vətən Müharibəsi haqqında milli kitabxanaların tematik informasiya ehtiyatları nümayiş olunub. Peşəkar ünsiyyətdən əlavə, toplantı iştirakçıları şəhər rəhbərliyi ilə görüşüb, Brest qalasının əbədi alovuna çiçək dəstələri qoyublar.
Həmçinin qonaqlar rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 220 illik yubileyi şərəfinə keçirilən “Puşkin kəlməsi səslənir ...” adlı poeziya axşamında iştirak ediblər. Qeyd edək ki, tədbirdə Puşkinin şeirləri müxtəlif dillərdə səsləndirilib. Brestdə yaşayan azərbaycanlı məktəbli Mahmud Soltanov isə Puşkinin "Yadımdadır o möcüzə" şeirini Azərbaycan dilində səsləndirib.

Fuad Hüseynzadə
(Brest)

Xəbər 155 dəfə oxundu

Ana səhifə