PALITRA
  Gündəlik online qəzet
12.09.2019 | 17:24:00 | Sosial şəbəkədə paylaş:

Dövlət Departamenti dəyəri 6,5 milyard dollar olan 32 ədəd F-35 beşinci nəsil döyüş təyyarəsinin Polşaya satışına razılıq verib Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti 6,5 milyard dollar dəyəri olan 32 ədəd F-35A tipli beşinci nəsil döyüş təyyarəsinin Polşaya satışına razılıq verib. TRT xəbər veriri ki, ABŞ-ın Müdafiə və Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi bu barədə yazılı açıqlama verərək, satışa 32 ədəd F-35A tipli təyyarə ilə yanaşı 33 ədəd F-135 ehtiyat mühərriki, təyyarənin elektron hərb sistemləri və bir sıra ehtiyat hissələrinin də daxil olduğunu bildirib: "Bu satış Polşaya bölgədəki təcavüzkarlıqlara qarşı etibarlı bir müdafiə qabiliyyəti qazandıracaq və ABŞ qüvvələri ilə birgə fəaliyyəti təmin edəcək". Qeyd edək ki, Polşa Rusiya istehsalı olan Mig-29 və Su-22 qırıcılarından ibarət filateliyasını yeniləmək məqsədilə F-35A-ları satın almaq üçün ABŞ-a müraciət etmişdi. Varşava rəhbərliyi ölkənin hərbi modernləşmə strategiyası çərçivəsində hərbi xərclərini 2026-ci ilə qədər 47 milyard dollara çıxarmağı nəzərdə tutub. ABŞ-dan 2017-ci ildə 10,5 milyard dollarlıq "Patriot "hava müdafiə sistemi alan Polşa son zamanlar HMARS raket sistemləri, "stand off" raketləri və 2 milyard dollar məbləğində başqa hərbi texnika alıb. Ekspertlər qeyd edirlər ki, ABŞ-ın Polşaya satdığı bu təyyarələr Türkiyə üçün nəzərdə tutulan F-35 qırıcılarıdır. Türkiyənin Rusiyadan aldığı S-400 raketdən müdafiə sistemi ilə bağlı ABŞ-la Türkiyə arasında yaranan narazılıq dalğası səngimək bilmir. ABŞ-ın müdafiə naziri son açıqlamasında bir daha bəyan edib ki, S-400 sistemlərinə görə F-35 qırıcılarının Ankaraya satışı mümkün deyil. Türkiyə ancaq Rusiya sistemindən imtina edəcəyi təqdirdə yeni nəsl qırıcıları əldə edə bilər. Pentaqon israr edir ki, ABŞ istehsalı olan yeni nəsl qırıcılarla Rusiyanın istehsalı olan raketdən müdafiə sistemləri eyni anda işləyə bilməz. ABŞ, qırıcıların müəyyən texniki parametlərinin S-400 vasitəsilə Rusiyanın əlinə düşməsindən ehtiyat edir. Ankara isə ABŞ-ın bu iddialarının reallığı əks etdirmədiyini israrla təkrarlayır. ABŞ yaranan problemlə görə Türkiyəyə F-35 qırıcılarını satmaqdan imtina edib. ABŞ-da hazırlıq keçən türk pilotlar təlimlərdən uzaqlaşdırılıb. ABŞ Türkiyə üçün nəzərdə tutulan qırıcıları Polşaya satmaq qərarına gəlib. Polşa həmin qırıcıları almaq üçün növbədə olan dövlətlərdən biri idi.

Anar

Xəbər 150 dəfə oxundu

Ana səhifə