PALITRA
  Gündəlik online qəzet
12.09.2019 | 19:29:00 | Sosial şəbəkədə paylaş:

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli “Facebook”dakı səhifəsində yenidən mitinqlərlə bağlı status paylaşıb. Müxalifətin radikal qolu kimi tanınan AXCP son illər mitinq sevdasından əl çəkmir, hətta təşkil etdiyi yürüşləri belə, idarəolunmaz mitinqlərə çevirməyə çalışır. Bir neçə uğursuz icazəli aksiya keçirəndən sonra fiaskoya uğradıqlarını anlayan cəbhəçilər Qərbdəki havadarlarının diqqətini çəkmək üçün mitinqlərdən sonra, konkret olaraq 19 yanvar mitinqindən sonra, şəhərin müxtəlif yerlərində, stadiondan kənarda da haray-həşir salmağa çalışmışdılar ki, buna da hüquq-mühafizə orqanları imkan verməmişdi. Yəni, düz-əməlli icazəli mitinq keçirə bilməyənlər aksiyadan sonra qarşıdurma yaradaraq, həbslərin baş tutmasına cəhdlər edirdilər. Bütün bu anormal fəaliyyətlərdən sonra AXCP rəhbərinin hələ bir yeni mitinqlə bağlı danışmağa dili də var...
Əvvəla, AXCP, “milli şura” nəinki ölkədə, heç Bakıda kütləvi aksiya keçirmək gücündə deyil. Stadionu dolduracaq qədər tərəfdarı olmayan bir partiyaya, müxalif təşkilata bundan sonra da hansısa kütlənin rəğbət göstərəcəyi real görünmür. Real demişkən, ReAl Partiyası rəhbərinin bugünlərdə seçkilərə getmək istəməyənləri ermənilərə işləməkdə ittiham etməsi, daha çox AXCP rəhbərinə yer eləmişdi. Görünür, İlqar Məmmədovun radikal müxalifətdən fərqli olaraq, mitinq, iğtişaş, inqilablarla deyil, konstitusion yollarla hakimiyyətə gəlmək, seçkidə öz gücünü sınamaq istəyi “çörəyi” müxalifətçilikdən, mühacir alverlərindən çıxanlara sərf etmir. Mitinqlər, xaos yox, “seçki yolu” deyən İlqar Məmmədovun normal təklifindən sonra yaranan ciddi narazılıqları isə Xədicə İsmayıl adlı qatı cəbhə tərəfdarı olan birinin əli ilə həll etməyə çalışırlar. Maraqlıdır, hər iki tərəfin debata qatılmaq razılığını alan Xədicə İsmayıl bu üz-üzə qoyulmuş iki müxalifətçiyə münasibətdə necə obyektiv olacaq, necə davranacaq? Axı Xədicə İsmayıl da bir zamanlar indi Sevinc Osmanqızının, Qənimət Zahidin etdiklərini edirdi, müxalif mətbuatda Kərimlini gündəmdə saxlamaq funksiyasını həyata keçirirdi. Bu da həm Xədicənin Kərimliyə olan rəğbətindən və təbii ki, onun idarə etdiyi “Azadlıq” radiosunun Azərbaycan bölməsinin Qərbdən gələn tezislərindən irəli gəlirdi. Yəni sözügedən radio ilə yanaşı, AXCP-nin də Qərbə bağlı olması gizlədilmir.


Əli Kərimlinin uzun fasilədən sonra yenidən mitinq eşqinə düşməsini başa düşmək olar. Axı başqa cür Qərbdəki bəzi dairələrin diqqətini nə ilə çəkə bilər, mühacir alveri ilə necə məşğul olardılar?



Qısası, indi mitinq-mitinq deyən, seçki, normal siyasi mübarizə əvəzinə, küçələrə, meydanlara, stadionlara axışıb 2 saatlıq qışqır-bağır salmaq davası edənlə, konstitusion hüququndan istifadə edib seçkiyə qatılmağı məqbul sayan biri arasında debata hazırlıq gedir. Olsun, nə deyirik, təki hər iki tərəf, hətta barışıb ortaq məxrəcə gələ bilsin. Amma bu realdırmı? Xeyr. Bir daha deyirik, Xədicənin debata razılıq almasıyla eyni gündə Əli Kərimlinin yeni mitinq keçirməsi ilə bağlı istək və arzusu haqda status yazması bir daha onu göstərir ki, nə AXCP seçkiyə gedəcək, nə də ReAl onlara bu cür antikonstitusion üsullarda yardım edəcək! Əli Kərimlinin uzun fasilədən sonra yenidən mitinq eşqinə düşməsini başa düşmək olar. Axı başqa cür Qərbdəki bəzi dairələrin diqqətini nə ilə çəkə bilər, mühacir alveri ilə necə məşğul olardılar? Dəfələrlə ictimai-siyasi sabitliyin pozulmasına maraqlı olduqlarını dolayısı ilə etiraf edən cəbhəçilər, partiya funksionerləri mitinqləri insanlarımız üçün adiləşdirmək də istəyirlər. Ən çox isə yuxarıda da qeyd etdiyimiz kimi, 500-1000 nəfərlik mitinqlər Əli Kərimliyə partiya arayışlarının satılması üçün lazımdır. Hətta ən yaxın qohumlarını, sosial şəbəkələrdən “İŞİD”-i belə Azərbaycana dəvət edən anormal əmisi oğlunu bu üsullarla zamanında Avropaya göndərən adamın hansı siyasi səmimiliyi, normal aksiya keçirmək bacarığı və istəyindən danışmaq olar? Hər halda Əli Kərimlinin bu xülyaları, arzu-istəkləri, İlqar Məmmədovla olan oyunları müxalifətin güclənməyəcəyi və partiyalar arasında olan gərginliyin yaxın illərdə də azalmayacağını bir daha göstərdi. Əli Kərimli isə qiyamətə qədər mitinq sevdasından əl çəkənə oxşamır!
Tural Tağıyev

Xəbər 102 dəfə oxundu

Ana səhifə