PALITRA
  Gündəlik online qəzet
10.10.2019 | 12:42:00 | Sosial şəbəkədə paylaş:

Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində başladığı “Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatı uğurla davam edir. Son məlumata görə, hazırda Türkiyə Ordusu Tel Abyad şəhərinin şərqinə doğru hərəkət edir. Eyni zamanda, Resulayn şəhərinə gedən yol və iki kənd terrorçulardan təmizlənib. Hazırda Türkiyənin Şanlıurfa şəhərinin Ceylanpınar bölgəsində atəş səsləri eşidilir. Həmçinin dünən axşam saatlarında Türkiyənin Hatay şəhərindən Suriya istiqamətinə yola düşən hərbi konvoy İslahiye şəhərinə çatıb.

Xəbər 107 dəfə oxundu

Ana səhifə