PALITRA
  Gündəlik online qəzet
10.10.2019 | 15:13:00 | Sosial şəbəkədə paylaş:

Azərbaycanın sənaye parklarında işləyən rezidentlər arasında hələlik Türkiyə şirkətləri yoxdur.
Bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Standartların tətbiqi: Azərbaycan və Türkiyənin əməkdaşlığı” konfransında deyib.
Onun sözlərinə görə, bu gün türk iş adamları sənaye məhəllələrində, xüsusilə də Hacıqabulda iki şirkətin yaradılması üzərində işləyir. Şirkətlərdən biri qablaşdırma materiallarının hazırlanması, digəri bioloji gübrələrin istehsalı ilə məşğul olacaq.

Xəbər 159 dəfə oxundu

Ana səhifə