PALITRA
  Gündəlik online qəzet
10.10.2019 | 23:56:00 | Sosial şəbəkədə paylaş:

Kürdlər ABŞ Prezidentini əməkdaşlığı pozmaqda ittiham edirlər
“Suriyadakı kürdlərə kömək etməyəcəyik, çünki onlar bizə İkinci Dünya müharibəsində Normandiyaya (1944-cü il 6 iyun nassist qüvvələrinə qarşı hücum – red.) hərbi qüvvə yeridərkən kömək etməmişdilər”.
Ayna xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərin kürdlərlə bağlı sualını cavablandırarkən bəyan edib.
Jurnalist isə prezidentin bu cavabı qarşılığında, “bəs kürdlər ABŞ-a “İslam Dövləti” ilə mübarizədə terror qruplaşmasına qarşı dəstək vermişdi, bu iki tərəf arasında ittifaqın pozulması deməkdir”, – deyib.
Qeyd edək ki, Trampın kürdlərə arxa çevirməsi qarşı tərəfin etirazına səbəb olub, kürdlər ABŞ Prezidentini əməkdaşlığı pozmaqda ittiham edirlər. //ayna.az/

Xəbər 261 dəfə oxundu

Ana səhifə