PALITRA
  Gündəlik online qəzet
11.10.2019 | 00:00:00 | Sosial şəbəkədə paylaş:


Sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) rayon rəhbərləri toplantısında çıxış edən R.T.Ərdoğan deyib... Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Fərat çayının şərqində aparılan “Sülh çeşməsi” (Barış Pınarı) hərəkatı çərçivəsində Türkiyənin cənub sərhədində bir terror dövləti qurmaq cəhdinin qarşısının alınmasının uzandığını bildirib.
Sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) rayon rəhbərləri toplantısında çıxış edən R.T.Ərdoğan deyib:
“Suriyada bütün proseslərə göz yumub Türkiyəni tənqid etməyi vərdiş halına gətirənləri ağla, vicdana və əxlaqa dəvət edirik.
Hərəkatımızın məqsədi Suriyanın ərazi bütövlüyü və siyasi birliyinə töhfə verməkdir.
Suriya torpaqları üzərində onlarla xarici gücün sanki nizə atdığı bir dövrdə Türkiyənin terroru əngəlləmək üçün başladığı bu hərəkata qarşı tənqidləri heç cür qəbul etmirik.
Suriyanın birliyi, bərabərliyi üçün atdığımız addımlara söz atırlar. Onda siz kənarda durun. Biz yolumuza davam edirik.
Səudiyyə Ərəbistanı əvvəl güzgüyə baxsın. Yəməni bu hala kimlər gətirdi? Hələ Misir, sən heç danışma. Çünki sən (misir prezidenti Sisi) ölkəndə demokratiya qatili olan bir adamsın.
Avropa İttifaqı "işğal hərəkatı” adlandırmağa çalışsanız, işimiz çox asan olar: qapıları açır, (suriyalı) 3,6 milyon qaçqını sizə göndəririk. İkinci (suriyalı qaçqınlara kömək üçün) yardım üçün olan 3 milyard avronu göndərməyəcəkmişsiniz. Siz verdiyiniz sözü bu ana qədər yerinə yetirdinizmi? Yox.
Türkiyənin terror təşkilatları DAEŞ, PKK, YPG və PYD-yə qarşı bu mübarizə qürurunu davam etdirəcək.
Fransa, Almaniya və Hollandiyadan Suriyaya gedən DAEŞ terrorçuların 5500-ünü gəldikləri yerlərə Türkiyə göndərdi.
Türkiyə Suriyada kürd qardaşları deyil, terrorçularla mübarizə aparır.
Suriya xalqına sevgimiz onsuz da müzakirə oluna bilməz. Bizim dərdimiz Suriyanı işğal etməyə çalışan DAEŞ, YPG və PYD kimi terror təşkilatlarıdır, oradakı kürd qardaşlarımızla problemimiz yoxdur. “Sülh çeşməsi” hərəkatı ilə biz cənubda bir terror dövləti qurulmasını əngəlləməyə çalışırıq.
Kimsənin torpağında, malında, mülkündə gözümüz yoxdur. Türkiyə ilə hərəkət edən Suriya Milli Ordusunun da heç vaxt belə niyyəti olmayıb.
Çox qısa zamanda Münbiçdən İraq sərhədinə qədər bütün bölgəni etibar və əmin-amanlığa qovuşdurub Suriya xalqının üzərində 8 ildir dolaşan qara buludları dağıdacağıq.
Başda Amerika Birləşmiş Ştatları olmaqla bütün NATO üzvü olan ölkələrə səslənirəm: biz - Türkiyə bir NATO üzvü ölkəsidir. 5-ci maddəni çox yaxşı bilirlər. Terror təşkilatları NATO üzvü olan Türkiyəyə hücum edərsə, siz buna səssiz qala bilməzsiniz."

Xəbər 270 dəfə oxundu

Ana səhifə