PALITRA
  Gündəlik online qəzet
08.11.2019 | 14:44:00 | Sosial şəbəkədə paylaş:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında hazırda 14200 vakant iş yeri haqqında məlumat var. Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ölkədə ixtisaslı işçi qüvvəsinə tələbat olduqca çoxdur: "Hazırda işəgötürənlərin mövcud vakansiyaları elektron bazaya daxil etməsi üçün iş aparılır. Təhlillər aparılır ki, ölkədə hansı ixtisaslar üzrə işçilərə daha çox tələbat var. Bu tələbat daha çox peşələr üzrədir". A.Əliyev qeyd edib ki, artıq iş axtarışında olan və özünüməşğulluq proqramında iştirak üçün müraciət etmək istəyən şəxslər heç bir sənəd toplamadan, heç bir yerə getmədən "Məşğulluq" altsistemi üzərindən müraciət edə biləcəklər: "İşsiz şəxslərin əmək bazarına qaytarılması ilə bağlı xüsusi fərdi məşğulluq proqramları həyata keçiriləcək. Bu proses yeni istifadəyə verilən "Məşğulluq" altsistemində elektronlaşdırılıb".

Xəbər 116 dəfə oxundu

Ana səhifə