PALITRA
  Gündəlik online qəzet
08.11.2019 | 15:56:00 | Sosial şəbəkədə paylaş:

Rusiya və Türkiyə Suriyanın şimal-şərqində bu gün başlatdığı üçüncü müştərək quru patrulu sona çatdı. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Rusiya Türkiyə hərbçilərinin birgə patrulunda PUA, hərbi vertolyot və PDM zirehli texnikaları ərazidə müşahidə üçün istifadə edilib.
Qeyd edək ki, üçüncü quru patrulu ilə Türkiyə Silahlı Qüvvələri ilk dəfə Kamışlının şərqinə keçdi. Patrul tamamlandıqdan sonra Türkiyənin hərbi karvanı sərhəd xəttinə qayıtdı.

Xəbər 59 dəfə oxundu

Ana səhifə