PALITRA
  Gündəlik online qəzet
09.11.2019 | 04:11:00 | Sosial şəbəkədə paylaş:

Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi James Ceffri və ABŞ-ın Ankaradakı səfiri Devid Satterfildi qəbul edib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi bildirib.
Məlumata əsasən, Nazir müavini Yunus Emre Karaosmanoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi James Ceffrinin rəhbərlik etdiyi nüməyəndə heyəti arasında görüş keçirilib.
Görüşdə 17 oktyabrda ABŞ-la imzalanan sazişə dair məsələlər müzakirə edilib.
Nümayəndə heyətlərinin görüşündən sonra Hulusi Akar ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri və ABŞ-ın Ankaradakı səfiri Devid Satterfildi qəbul edib.

Xəbər 86 dəfə oxundu

Ana səhifə