PALITRA
  Gündəlik online qəzet
26.03.2020 | 11:07:00 | Sosial şəbəkədə paylaş:

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
Qurumdan verilən məlumata görə, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri ASCO-nun Xəzər Dəniz Neft Donanmasına və Dəniz Nəqliyyatı Donanmasına aid “Akademik Zərifə Əliyeva”, “Qarabağ”, “Cənub-21”, “Orion-20”, “Ağdərə-4”, “Orion-15”, “Ağdərə-7”, “PSK-38”, “Zəfər”, “MPK-470”, “MPK-455”, “Zöhrab Vəliyev”, “Turan”, “Geofizik-3”, “Neftqaz-62” gəmilərində aparılıb.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.
Tural

Xəbər 127 dəfə oxundu

Ana səhifə