PALITRA
  Gündəlik online qəzet
26.03.2020 | 11:32:00 | Sosial şəbəkədə paylaş:



Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 77 nəfərə çatıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Tbilisi İnfeksion xəstəliklər xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, ölkə üzrə karantində 4055, stasionar müalicədə isə 252 nəfər var, virusa yoluxmuş şəxslərdən 10-u artıq sağalıb.
Xatırladaq ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Xəbər 84 dəfə oxundu

Ana səhifə