PALITRA
  Gündəlik online qəzet
26.03.2020 | 11:45:00 | Sosial şəbəkədə paylaş:


Dünyada yeni növ koronavirus (Covid-19) sürətlə yayılmağa davam edərkən, ölənlərin sayı 20 mini ötüb. Dünyada yeni növ koronavirus (Covid-19) sürətlə yayılmağa davam edərkən, ölənlərin sayı 20 mini ötüb.
Azərbaycanda 6 yeni koronavirus (Covid-19) infeksiyasına yoluxma faktı aşkarlanıb,1 nəfər vəfat edib. Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır.
İsraildə yeni növ koronavirus xəstəliyinə tutulanların sayı 199 nəfər artaraq 2 min 369 nəfərə çatıb.
Baş nazir Binyamin Netanyahu ölkədə səhiyyə sisteminin çökməsindən narahat olduğunu bildirdi. Ciddi siyasətlərin qəbul edilməsinə çağıran Netanyahu İsrail xalqının özünə qarşı ciddi nizam-intizam tətbiq etməli olduğunu, əks təqdirdə bir fəlakətin baş verəcəyini qeyd edib.
İşğal olunmuş İordan çayının qərb sahilində 60 yaşında bir nəfərin həyatını itirməsilə Fələstində yeni növ koronavirusdan ilk ölüm faktı qeydə alınıb.
Rusiya prezidenti Vladimir Putin Covid-19 infeksiyası səbəbindən 22 aprel konstitusiya dəyişikliyinin təxirə salınacağını və gələn həftə vətəndaşların inzibati məzuniyyətə baxılacağını bildirib. Ölkədə gecə klubları, kinoteatrlar və əyləncə mərkəzləri bağlanıb, kafe və restoranlarda qəlyanlar qadağan edilib.
Səudiyyə Ərəbistanında koronavirusla mübarizə çərçivəsində Riyad, Məkkə və Mədinə şəhərlərinin giriş-çıxışa bağlanması qərara alınıb.
Tunisdə koronavirusdan həyatını itirənlərin sayı 4-ə, Livanda isə virusun yoluxduğu insan sayı 333-ə çıxıb.
Epidemiya nəticəsində ölənlərin sayının 38-ə yüksəldiyi Filippində yeni koronavirusa yoluxma hadisələrinin sayı 636-ya yüksəlib. Onların arasında bir senatorun da olduğu bildirilib.
İndiyədək üç yoluxma faktının qeyde alındığı Nepalda ümumilikdə Avropa, Avstraliya və Yeni Zelandiyadan olan 160-a yaxın turistin dağlıq ərazilərdə qapalı qaldığı bildirilir.

Xəbər 113 dəfə oxundu

Ana səhifə