PALITRA
  Gündəlik online qəzet
26.03.2020 | 16:36:00 | Sosial şəbəkədə paylaş:


Sumqayıt Bələdiyyəsi Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat məbləğində vəsait köçürüb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən Bələdiyyə iclasının qərarında ictimaiyyətə çağırış əksini tapıb. Qeyd edilib ki, qlobal təhdidə çevrilmiş koronavirusla mübarizədə Azərbaycan dövlətinin qətiyyətli addımları, təhlükəsizlik tədbirləri əhalinin sağlamlığının qorunmasına xidmət edir.
Bununla yanaşı, şəhər sakinlərinə müraciət olunur ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə, gigiyenik qaydalara, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etsinlər.

Xəbər 135 dəfə oxundu

Ana səhifə