PALITRA
  Gündəlik online qəzet
26.03.2020 | 17:38:00 | Sosial şəbəkədə paylaş:


İndoneziyada COVID-19 koronavirusuna yoluxaraq ölənlərin sayı 78 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti ölkənin Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb. Bundan əvvəl 49 nəfərin öldüyü bildirilmişdi.
Martın 26-na olan məlumata görə, İndoneziyada 893 nəfər yeni növ koronavirusa yoluxub. Səhiyyə Nazirliyi 35 nəfərin sağalaraq evlərinə buraxıldığını bildirir.

Xəbər 128 dəfə oxundu

Ana səhifə