PALITRA
  Gündəlik online qəzet
22.05.2020 | 21:35:00 | Sosial şəbəkədə paylaş:


İspaniya Kralı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:
“Cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramının qeyd olunması münasibətilə Zati-alinizə İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.
Cənab Prezident, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram.
Sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin ola bilərsiniz”.

Xəbər 224 dəfə oxundu

Ana səhifə