PALITRA
  Gündəlik online qəzet
23.05.2020 | 00:12:00 | Sosial şəbəkədə paylaş:

Almaniya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan ərazilərinin işğalını qanuni saymır və işğal olunmuş ərazilərdə yaradılan qondarma rejimin mövcudluğunu tanımır.

Trend-in Almaniya KİV-lərinə istinadən verdiyi məlumata görə, beləliklə, Almaniya XİN Arutyun Qriqoryanın başçılıq etdiyi qondarma rejimin Almaniyadakı nümayəndəliyinin fəaliyyətini qanunsuz hesab edib.
XİN-in məlumatında bildirilir: "Almaniya Federativ Respublikası qondarma rejimi tanımır. Müvafiq olaraq, qondarma rejimin nə akkreditə olunmuş diplomatik və ya konsulluq nümayəndəsi, nə də tanınmış nümayəndəliyi mövcud deyil".

XİN-dən bildirilib: "Bununla əlaqədar, Almaniya Xarici İşlər Nazirliyi yazılı şəkildə Qriqoryandan Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejimin diplomatik və ya konsulluq nümayəndəliyini yaratmağı dərhal dayandırmağı tələb edib. Tələbin yerinə yetirilmədiyi təqdirdə hüquqi tədbirlərin görüləcəyi diqqətə çatdırılıb".
Bu bəyanat yayıldıqdan sonra qondarma rejimi nümayəndəliyinin "Facebook" və "Twitter" sosial şəbəkələrindəki hesabları bağlanıb.
Bundan əlavə, qondarma rejimin Almaniya domeni olan saytı deaktiv edilib. Separatçılar bu saytın köməyi ilə Almaniyadan Azərbaycanın işğal edilmiş ərazilərinə turizm təşkil etməyə çalışırdılar. Arutyun Qriqoryan özü də "Facebook" səhifəsini silib.

Xəbər 237 dəfə oxundu

Ana səhifə