PALITRA
  Gündəlik online qəzet
23.05.2020 | 00:38:00 | Sosial şəbəkədə paylaş:


Arturo Vidal "Barselona"nı tərk etmək niyyətində olmadığını bildirib.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, çilili futbolçu "Barselona"da xoşbəxt olduğunu qeyd edib:

"Mən buradakı vəziyyətdən məmnunam. "Barselona"da özümü rahat hiss edirəm. Təbii ki, burada qalmaq istəyirəm. İndi əvvəlki periodla müqayisədə daha da hazırlıqlıyam. Əla kollektivə sahibik və paltardəyişmə otağında çoxlu dostlarım var. Xoşbəxtəm".
Daha əvvəl Vidalın "İnter"ə keçəcəyinə dair xəbərlər yayılmışdı.

Xəbər 220 dəfə oxundu

Ana səhifə