PALITRA
  Gündəlik online qəzet
23.05.2020 | 01:00:00 | Sosial şəbəkədə paylaş:


Rusiya Federasiyası, Tatarıstan Respublikasında güclü yanğın baş verib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, yanğın Zelenodolsk şəhərində xəstəxanada meydana gəlib.


Hadisə zamanı 3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb. Yaralılardan ikisi xəsarətləri yanıq, digərlərinin isə zəhərlənmə ilə bağlıdır. Ölənlər və xəsarət alanlar xəstələrdir.

Ərazidə yanğınsöndürənlər və xilasedicilər çalışır. İkimərtəbəli binada olan 88 nəfər təxliyə edilib. Yanğın binanın birinci mərtəbəsindəki palataların birindən başlayıb.

Xəbər 223 dəfə oxundu

Ana səhifə