PALITRA
  Gündəlik online qəzet
23.05.2020 | 17:16:00 | Sosial şəbəkədə paylaş:

ABŞ-ın Ticarət Nazirliyi Çinin 33 hökumət və kommersiya təşkilatını qara siyahısına daxil edib.
Palitranews.az Milli.az-a istinadən xəbər verir ki, nazirliyin siyahısına Çinin institutları, universitetləri və bir sıra yüksək texnologiya şirkətləri daxil olub.
Bu siyahıdakı 9 təşkilatın uyğurlara qarşı insan haqlarının pozulmasında ittiham edildiyi vurğulanıb. Yerdə qalan 24 şirkət isə ABŞ-ın xarici siyasət və milli təhlükəsizliyinə təhdid yaratmaqda ittiham edilib.

Xəbər 278 dəfə oxundu

Ana səhifə