PALITRA
  Gündəlik online qəzet
12.09.2018 | 13:39:00 | Sosial şəbəkədə paylaş:

Gürcüstanla sərhəddə, "Sınıq Körpü" gömrük-keçid məntəqəsində tikilən Ticarətin Asanlaşdırılması Mərkəzi sentyabrın sonunda istifadəyə veriləcək.
Bunu "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib. S.Mehdiyev bildirib ki, mərkəzin açılışı gömrük-keçid məntəqəsi vasitəsilə sərhədi keçərkən sıxlığı azaltmağa, eləcə də yük və avtomobil buraxılışını asanlaşdırmağa imkan verəcək. Qeyd edək ki, mərkəz "Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə inşa olunur.


Tural

Xəbər 105 dəfə oxundu

Ana səhifə