PALITRA
  Gündəlik online qəzet
12.09.2018 | 13:41:00 | Sosial şəbəkədə paylaş:

Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci il Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnozu vaxtından əvvəl yerinə yetirməyi planlaşdırır.
Bunu mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
O qeyd edib ki, 8 ayın yekunu üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu artıqlaması ilə (təqribən 7 faiz) yerinə yetirilib: "8 ayın yekunu üzrə DGK dövlət büdcəsinə 2,27 milyard manat köçürüb ki, bu da proqnozdan 6,6 faiz çoxdur. Hesab edirik ki, bizim siyasətimiz 2018-ci ildə daxilolmalar üzrə proqnozu vaxtından əvvəl yerinə yetirməyə imkan verəcək".

Tural

Xəbər 33 dəfə oxundu

Ana səhifə