PALITRA
  Gündəlik online qəzet
12.09.2018 | 13:44:00 | Sosial şəbəkədə paylaş:

Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ilin 8 ayında 6155 qanun pozuntusu aşkar edib.
Bunu mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
S.Mehdiyev bildirib ki, qeyd olunan qanun pozuntularından 458-i cinayət tərkiblidir: "Qaçaq yolla gətirilən malların dəyəri 6,14 milyon manat təşkil edib".
DGK sədri qeyd edib ki, ötən müddətdə narkotrafiklə mübarizə çərçivəsində narkotik daşınması üzrə 150 cəhdin qarşısı alınıb:
"Nəticədə 1000 tondan çox narkotik vasitə müsadirə olunub, 169 nəfər saxlanılıb. Onlardan 26-sı qadın, 37-si xarici vətəndaşdır".

Tural

Xəbər 53 dəfə oxundu

Ana səhifə