PALITRA
  Gündəlik online qəzet
12.09.2018 | 15:21:00 | Sosial şəbəkədə paylaş:

Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizi Azərbaycanın payına düşür. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev sentyabrın 12-də Bakıda keçirilən Azərbaycan-Çexiya biznes-forumunda deyib. "Avropa İttifaqının (Aİ) Azərbaycanın biznes mühitinə dair 2018-ci il üzrə hesabatında bildirilir ki, Aİ şirkətlərinin 65 faizi ölkədəki mövcud makroiqtisadi vəziyyəti müsbət, 89 faizi isə gələcəkdə ölkənin makroiqtisadi vəziyyətini yaxşı və stabil kimi qiymətləndirir" - deyə nazir qeyd edib.

Xəbər 93 dəfə oxundu

Ana səhifə