PALITRA
  Gündəlik online qəzet
12.09.2018 | 15:40:00 | Sosial şəbəkədə paylaş:

Bakı Ali Neft Məktəbinin (BANM) hazırladığı mühəndislər arasında xanımların sayı get-gedə artır. Belə ki, ali məktəbin fəaliyyətə başladığı 2012-ci ildə BANM-ə 30 nəfər xanım tələbə daxil olmuşdusa, 2018-ci ilin qəbul imtahanlarından sonra bu say 57 olub.
Cari tədris ilindən “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə də ingilis dilli və standartlara cavab verəcək mühəndislər hazırlamağa başlayan ali məktəb, yeni ixtisasa da xanımlarım marağını çəkə bilib. Belə ki, bu il ilk dəfə tədris olunacağına baxmayaraq, “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə tədris alacaq 24 tələbənin 10 nəfəri xanımdır. Bu il BANM-də tədris alacaq 3 nəfər 700 ballı xanım tələbənin 2-si – Əsra Bayramova və Şəkər Qədirlinin də seçimi elə bu ixtisas olub.
Bu il BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasına 12, “Kimya mühəndisliyi” ixtisasına 20, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına isə 15 nəfər xanım tələbə daxil olub. “Biz sevinirik ki, BANM olaraq xanımlarda mühəndisliyə sevgi yarada bilmişik. BANM-i bitirən xanım mühəndislərin hər birinin uğuru göz qabağındadır. Əminəm ki, məzunlarımızın BANM-i bitirdikdən sonra karyeralarında əldə etdiyi uğurlar abituriyentlərin seçiminə öz təsirini etmiş olur.” – deyə BANM-in rektoru Elmar Qasımov bildirib.

Nigar




Xəbər 70 dəfə oxundu

Ana səhifə