PALITRA |
Gündəlik online qəzet |
|
12.09.2018 | 18:46:00 | Sosial şəbəkədə paylaş:
"Şagirdin əsas işi məktbədə olmaq, dərs oxumaqdır. Biz düşünürük ki, məktəb rəhbərliyi Aşura günündə şagirdlərin dərsdə iştirakına xüsusi diqqət yetirəcək". Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib. Nazirin sözlərinə görə, məktəb rəhbərliyi, sinif rəhbərləri valideynlərlə birlikdə şagirdlərin tədrisdən yayınmamasına diqqət yetirməlidirlər: "Hesab edirik ki, bu mesajlar sinif rəhbərləri vasitəsilə valideynlərə çatdırılacaq. Valideynlər də şagirdlərin dərsdə iştirakına maraqlı olmalıdırlar və bunu təmin etməlidirlər".
Xəbər 93 dəfə oxundu
Ana səhifə