Gənclər Fondu Milli Mətbuat Gününü qeyd edib
Tarix: 19.07.2013 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 22 İyul-Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirib.
Tədbirdə 138 yaşını qeyd edən Azərbaycan mətbuatının inkişaf tarixindən, keçdiyi şərəfli yoldan söz açılıb. Bildirilib ki, böyük ziyalı və maarifçi Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün zamanlarda həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri və dövrün mütərəqqi ideyalarını əks etdirən, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.
Diqqətə çatdırılıb ki, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımlar atılıb, Azərbaycanın Konstitusiyasında mətbuat azadlığı təsbit olunub, senzura ləğv olunub. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata diqqət və qayğı ilə yanaşması da vurğulanıb.
Məlumat verilib ki, Azərbaycan Gənclər Fondunun yarandığı vaxtdan 580 gün keçir. Bu müddət ərzində iki qrant müsabiqəsi və bir sıra layihələr həyata keçirən Gənclər Fondu, eyni zamanda, 110 ölkənin gənclər təşkilatları ilə əlaqələr qurub. Qeyd edilib ki, fond tərəfindən sentyabr ayından etibarən birinci respublika zəka oyunları festivalının, eləcə də gənc jurnalistlər üçün “Media düşərgə” layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.
Tədbirdə fondun aparat rəhbəri Faiq Qürbətov, gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistləri bayram münasibəti ilə təbrik edib və mühüm tədbirlərin ictimaiyyətə çatdırılmasında mətbuatın rolunu vurğulayıb.
Sonda Azərbaycan Gənclər Fondu ilə fəal əməkdaşlıq edən media qurumlarına diplomlar və hədiyyələr təqdim olunub.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info