“Milli şura” heç bir ölkənin rəsmi dairələri tərəfindən qəbul olunmur və oradakıları kimsə tanımır”
Tarix: 19.07.2013 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


Sərdar Cəlaloğlu: “Milli şura” “demokratiya” deyərkən, dövlət istiqlalını, milli dövlətçiliyi əldən verir. Hərçənd ki onların özü antidemokratik qurumdursa, burada demokratiyadan da söhbət açmağa dəyməz”


“Milli şura” başbilənlərinin verdiyi bütün açıqlamaların sadəcə blef olduğu az keçməmiş üzə çıxır. Bunu xüsusilə, onların guya hansısa xarici ölkələrə, Qərb dövlətlərinə dəvətləri və səfərləri ilə bağlı bildirmək yerinə düşər. Xatırladaq ki, az öncə “milli şura” üzvləri ABŞ-a guya Dövlət Departamenti tərəfindən dəvət edildiklərini açıqlamışdılar. Sonra məlum oldu ki, bu yalan imiş. Bundan sonra qurumun xaricdə yaşayan sədri Rüstəm İbrahimbəyovun guya iyulun 16-da Avropa Parlamentinə dinləmələrə qatılacağı bildirilirdi. Çox keçmədi ki, bu səfər ayın 21-ə “təxirə salındı”. Amma məlum olub ki, ayın 21-də də bu səfər olmayacaq. İbrahimbəyov deyib ki, bu səfər guya avqustda baş tutacaq. Amma ardınca da eyham vurub ki, ola bilsin ki, bu səfərin baş tutmasına əngəllər olsun. Göründüyü kimi, “milli şura” nümayəndələri ən qeyri-ciddi və bir-birini təkzib edən açıqlama və yalanlarla gündəmə gəlməyə çalışırlar...
“Palitra”ya bu barədə fikirlərini bildirən ADP sədri Sərdar Cəlaloğlu belə dedi: “Milli şura”, ümumiyyətlə, təkmil deyil, natamam qurumdur. Onu reallıqda cəmi 3 nəfər təmsil edir. Bunların ikisi - Eldəniz Quliyev, Eldar Namazov təşkilatçılıq qabiliyyəti o qədər də olmayan təcrübəsiz adamlardır. Həm də “milli şura”nın formalaşması prosesi seçki üçün çox gec başladı, ona görə də onlar özlərini toparlaya bilməyəcəklər. “Milli şura” həm də çox canfəşanlıqla görüntü yaratmasına baxmayaraq, bu quruma Qərbdən heç bir dəstək yoxdur. Ona görə də səfər yalanları tez-tez üzə çıxır. Bundan başqa “milli şura”nın özü üçün qəbul etdiyi dəyişiklik yolunu bu gün dünyada heç bir sivil ölkə qəbul etmir. Onlar zorən və radikal bir halda hakimiyyət dəyişikliyi istəyirlər. Bu isə baş verdiyi ölkələrdə yalnız məhrumiyyət və itkilərlə müşahidə olunur. Bununla bərabər, “milli şura” bu cür yanlış bəyanatlar verməklə olmayan reytinqini tamam itirmiş olur. Məsələn, ABŞ-da keçirilən brifinqi də, sən demə, Rəsul Quliyev təşkil edib. Az öncə, Zəfər Quliyev deyirdi ki, ABŞ-a dəvət var, Rəsul Quliyev dedi ki, belə şey yoxdur. Yaxud dedilər ki, Avropaya səfər var, indi məlum oldu ki, iyulun 30-a qədər heç bir səfər yoxdur. Doğrudan da, gördük ki, bunların heç biri yoxdur. Bu cür açıqlamaların yalanlanması onu göstərir ki, “milli şura” heç bir ölkənin rəsmi dairələri tərəfindən qəbul olunmur və oradakıları kimsə tanımır. Onlar özlərinə süni imic yaratmaq istəyirlər ki, bu da çox qeyri-ciddidir və bir az da ifşa olunurlar. İmic yaratmaqda da səriştəsizliklərini göstərmiş olurlar”.
ADP sədri qeyd etdi ki, “milli şura”nın köhnəlmiş və sınaqdan uğursuz çıxan metodlarından fərqli olaraq ADP müxalifətdə istiqlalı və demokratiyanı əsas tutan istiqlalçı demokrat mövqeyini təqdim edir: “Düşünürük ki, bununla həm iqtidara, həm də “milli şura”ya alternativik. Biz bu baxımdan müxalifətdə olan boşluğu doldurmaq üçün seçkilərdə iştirak edəcəyik və elektorat dəstəyinə nail olacağıq. “Milli şura” “demokratiya” deyərkən, dövlət istiqlalını, milli dövlətçiliyi əldən verir və unudur. Hərçənd ki onların özü antidemokratik qurumdursa, burada demokratiyadan da söhbət açmağa dəyməz. Biz isə istiqlaliyyətimizlə demokratiyanı bir yerdə götürürük”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Tural Gəncəliyev: “Paris görüşü irəliləyişin əldə olunmasına ümidlərimizi artırır”
15.01.2019
Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edir
15.01.2019
Gürsel İsmayılzadə Yaponiyada səfir vəzifəsindən geri çağırılıb
15.01.2019
Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib
15.01.2019
Arif Alışanov AzTV-nin sədri vəzifəsindən azad edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


16.01 08:19 “Gənclərin sosial dünyası” layihəsinin təlimlərinə start verilib Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi və Turqut Əlibəylinin rəhbərliyi ilə “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilib. AZƏRTAC Gənclər Fondunun saytına istinadla xəbər verir ki, layihənin əsas məqsədi gənclərdə internet mediaya marağın artırılması və onlara sosial şəbəkələrdən düzgün istifadə qaydalarının aşılanmasıdır. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihə rəhbəri T.Əlibəyli bildirib ki, asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclər faydalı səhifələrdən istifadə etməklə daha geniş dünyagörüşünə sahib olmaları üçün çalışacaqlar. Təlimin ilk günündə şəhərin müxtəlif təhsil müəssisələrində təhsil alan gənclər iştirak ediblər. Təlimçi Rəşad Qurbanov gənclərə sosial şəbəkələrlə bağlı məlumat verib və onların suallarını cavablandırıb. Həmçinin sosial şəbəkələrin faydalı tərəfləri, xüsusən “Facebook”dan istifadə qaydaları haqqında iştirakçılara praktiki məlumatlar verib. Layihə çərçivəsində 3 təlim nəzərdə tutulub.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info