Dünya üzrə saxta mal istehsalçılarının şəbəkəsi məhv edilib
Tarix: 19.07.2013 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


İnterpol qeyri-leqal məhsullar istehsalı və onların satışı ilə məşğul olan beynəlxalq cinayətkar şəbəkənin məhv olunmasını elan edib. Genişmiqyaslı silsilə əməliyyatlar zamanı planetin 4 qitəsində 6 mindən çox adam həbs edilib.
İnterpolun kontrafakt məhsullara qarşı mübarizə bölməsinin rəhbəri Maykl Ellis deyib: “Son illərdə kontrafakt məhsullar istehsalı hədsiz genişlənib. Mənim fikrimcə, bu, müasir dövrdə sürətlə inkişaf edən kriminal fəaliyyət növlərindən biridir. Texnologiyaların inkişafı nəticəsində cinayətkar birliklər asan yolla pul qazanmaq imkanı əldə edirlər”.
Saxta siqaretlər, alkoqollu içkilər, qida məhsulları, şampunlar, diş pastası, kompyuterlər və s. texniki məhsullar istehsal edilir. İnterpol təkcə Çinin cənubunda iyirmi istehsal sexinə və özünün ayrıca təyyarələri, qatarları və iri tonnajlı avtomobilləri olan bütöv bir loqistik şəbəkə aşkar edib. Bununla bərabər, malların təhlükəsizliyinə və keyfiyyətinə əsla nəzarət edilmir.
Təkcə Çində deyil, həmçinin Türkiyə, Tailand, Vyetnam, Polşa, Rumıniya, Ukrayna, Estoniya və Namibiyada da kontrafakt məhsullar istehsalına cəlb olunmuş yüzlərlə, minlərlə insan həbs edilib. Maykl Ellisin sözlərinə görə, təkcə zinət əşyalarının saxta yolla hazırlandığı günlər keçmişdə qalıb. Bu gün demək olar ki, bütün məhsulları saxtalaşdırırlar. “Euronews” xəbər verir ki, İnterpol bütün dünya ölkələrində apardığı silsilə əməliyyatlar zamanı ümumi dəyəri 100 milyon avrodan çox olan 24 milyon vahid saxta məhsul müsadirə edib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info