Minimum əmək haqlarının artırılması əhalinin rifah səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir
Tarix: 11.02.2019 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


Hazırda Azərbaycanın sosial sahəyə böyük diqqət göstərən ölkə kimi tanınması heç də təsadüfi deyil. Mövcud iqtisadi göstəricilərimiz deməyə əsas verir ki, ölkəmiz son 15 il ərzində çox uğurla, inamla inkişaf edib. Artan iqtisadi imkanlarımız sosial məsələlərə çox böyük diqqət yetirməyə şərait yaradıb.

“Bizim siyasətimiz sosialyönümlüdür və əldə edilmiş gəlirləri biz, ilk növbədə, sosial sahələrə yönəldirik”

Bu istiqamətdə həyata keçirilən tədbirlərə gəldikdə isə son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılıb ki, həmin iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür. Son 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb. Bu günlərdə ölkə başçısı tərəfindən imzalanan sərəncama əsasən ölkədə minimum əmək haqlarının 130 manatdan 180 manata qədər artırılması Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mahiyyətini, dövlət başçısının vətəndaşların rifah halının yüksəldilməsi məsələsinə son dərəcə həssas və diqqətlə yanaşdığını nümayiş etdirir. Qeyd edək ki, Prezidentinin bu sərəncamı 600 minədək insanı əhatə edəcək. Sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 50 manat, yəni 38,4 faiz artırılaraq 130 manatdan 180 manata çatdırılır və ölkəmizdə minimum əməkhaqqının yaşayış minimumuna (180 manat) çatdırılması təmin edilir.
Ölkədə sosial sahədə həyata keçirilən tədbirlərlə bağlı ölkə başçısı bildirib ki, sosial problemlərin həlli daim diqqət mərkəzində olmalıdır: “Bu sahəyə çox böyük diqqət göstərilir, çox böyük vəsait ayrılır. Xüsusilə məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial problemlərinin həlli üçün böyük vəsait ayrılır. Onlar üçün şəhərciklər salınır, minlərlə ev tikilib və tikiləcək. Ünvanlı sosial yardım alanların da problemləri daim diqqət mərkəzindədir. Onlar hələ də öz imkanlarını özləri təmin edə bilmirlər. Ona görə təbiidir ki, Azərbaycan dövləti onlara dəstək göstərir. Azərbaycan ünvanlı sosial yardım göstərən nadir ölkələrdəndir və bu, tam ədalətlidir. Biz çalışmalıyıq ki, hələ də öz maddi imkanlarını lazımi səviyyəyə qaldıra bilməyən vətəndaşlar dövlətdən dəstək alsınlar. Eyni zamanda, bundan sonrakı dövrdə özünüməşğulluq proqramı da geniş vüsət alacaq və dövlət hələ də yaxşı vəziyyətdə yaşamayan vətəndaşları müxtəlif vasitələrlə, aktivlərlə təmin edəcək. Bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlüdür və əldə edilmiş gəlirləri biz, ilk növbədə, sosial sahələrə yönəldirik”.


“Sərəncam əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından önəmli hadisə kimi qiymətləndirilməlidir”

Ölkə başçısının minimum əmək haqlarının artırılması ilə bağlı sərəncamı əhalinin sosial təminatının yaxşılaşdırılması istiqamətində növbəti addım olduğunu deyən millət vəkilləri, ictimaiyyətin nümayəndələri bunu bir daha dövlətin vətəndaşın rifahı naminə davamlı tədbirlərdən biri kimi qiymətləndirir.
Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, ölkə başçısının minimum əmək haqlarının artırılması ilə bağlı sərəncamı respublikamızda əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımdır. Azərbaycanda həyata keçirilən sosial siyasətin kökündə vətəndaş amilinin dayandığını deyən deputat qeyd edib ki, bu baxımdan sözügedən sərəncamı əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından önəmli hadisə kimi qiymətləndirilməlidir. Sərəncama əsasən, Azərbaycanda minimum əmək haqqının məbləğinin 2019-cu il martın 1-dən 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırıldığını xatırladan S. Hüseynovanın sözlərinə görə, bununla da, ölkəmizdə minimum əmək haqqının yaşayış minimumuna çatdırılması təmin edilib: "Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək". Millət vəkilinin fikrincə, minimum əməkhaqqı məbləğinin artırılması, sadəcə, minimum əməkhaqqı alan vətəndaşların gəlirlərinin artması deyil, eyni zamanda, həmin meyardan istifadə etməklə əməkhaqqı müəyyənləşən vətəndaşların da maaşlarında artıma səbəb olacaq.


“Azərbaycanda aparılan siyasətin mərkəzində insan amili dayanır”

Millət vəkili Bəxtiyar Əliyev bildirib ki, Prezident İlham Əliyev daim Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə böyük diqqət yetirir: “Dövlət başçısı tərəfindən minimum aylıq əməkhaqqının məbləğinin 2019-cu il martın 1-dən 180 manatadək artırılması ilə bağlı imzalanan sərəncam da bu siyasətin davamıdır. Prezident İlham Əliyev daim Azərbaycan vətəndaşlarının əməkhaqlarının artırılması, mənzil şəraitinin yaxşılaşdırılması, yeni iş yerlərinin açılması və digər bu kimi məsələlərlə bağlı sərəncamlar imzalayır. Minimum əməkhaqqının artırılması ilə bağlı sərəncam bir daha onu göstərir ki, ölkəmizin sürətlə inkişaf edən iqtisadiyyatında öndə Azərbaycan vətəndaşının sosial rifahı dayanır və həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan inkişaf edir".
B.Əliyev qeyd edib ki, bu inkişaf Azərbaycan vətəndaşının həm təhlükəsizliyinin təmin edilməsinə, həm də onun sosial rifahının yaxşılaşdırılmasına yönəlib: "Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır və bütün səylər vətəndaşların rifahının yüksəlməsinə yönəlib".

“Minimum əməkhaqqının artırılması Azərbaycanın iqtisadi yüksəlişinin göstəricisidir”

Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı əhalinin bütün qruplarının yaşayış səviyyəsinin yüksəlməsinə səbəb olacaq: “2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib. Minimum əməkhaqqının artırılması Azərbaycanda iqtisadi yüksəlişin göstəricisi kimi də qiymətləndirilməlidir. Belə ki, sosial siyasətin təməl prinsipində güclü iqtisadiyyat dayanır. Azərbaycan istər regional, istərsə də beynəlxalq iqtisadiyyatda qabaqcıl yerlərdən birini tutur, o cümlədən nəhəng layihələrin reallaşdırılmasında həm təşəbbüskar, həm də ideyaverici qismində çıxış edir”. Deputatın fikrincə, minimum əməkhaqqının artırılmasını təmin edən sosial əhəmiyyətli qərar həm də əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək ki, bu da vətəndaşların həyatında özünü göstərəcək.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
10.09.2019
Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
05.09.2019
Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
02.09.2019
Norveçdə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli xanım namizəd iştirak edəcək
27.08.2019
Proqramsız müxalifət

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info