Damarları qoruyan qarışıq - tərxun + limon
Tarix: 12.02.2019 | Saat: 01:35:00 | E-mail | Çapa göndər



İnsanın bütün orqan və sistemlərində damar və kapilyarlar var. Onların möhkəm və sağlam olmasından bizim ümumi sağlamlığımız asılıdır.
Qan damar və kapilyarlar vasitəsilə bütün orqanizm boyu oksigen və qidalı maddələri daşıyır. Bu maddələr isə orqanizmin normal fəaliyyətini təmin edir.

İnsan yaşa dolduqca onun damarları zəifləməyə başlayır, damarların divarları nazilir, elastikliyini itirir, kövrək olur, onların keçiriciliyi artır. Nəticədə bir tərəfdən damar xəstəlikləri inkişaf etməyə başlayır, digər tərəfdən isə orqan və sistemlərin qidalanması pozulur.
Bəzi maddələr var ki, onlar damarların sağlamlığını qoruyur, damarların divarlarını möhkəmləndirir, damar xəstəliklərinin inkişafını əngəlləyir. Bu maddələr C və P vitaminləridir.
Saglamolun.az sizə tanınmış rus həkim-fitoterapevt Pyotr Kuxarskinin sağlam damarlar üçün olan reseptini təqdim edir. Damarları sağlam və möhkəm edən bu qarışıq yalnız 2 inqrediyentdən ibarətdir - limon və tərxun. Lakin bu təsadüfi deyil. Limon C vitamini, tərxun isə P vitamini ilə zəngin olduğundan bu qarışıq onu istifadə edənlərə böyük fayda verə bilər.

Qarışığın hazırlanması:
2 iri dəstə tərxun və 3 limon götürün. Tərxunu təmizləyin və yuyun, limonu yaxşı yuyun, 4 hissəyə bölün, çəyirdəklərini çıxardın. Limon və tərxunu blenderdə əzin. Qarışığı soyuducuda saxlayın və gündə 2 dəfə 1 x.q. olmaqla yeməklər arası qəbul edin.
Müalicə kursu - 14 gün. sonra 10 gün fasilə verin və yenə təkrarlayın. Belə müalicə kursları ildə 2 dəfə (yaz və payızda) edə bilərsiniz.




 
Bölməyə aid digər xəbərlər
12.10.2019
Göz üçün faydalı qidaların siyahısı
12.10.2019
Kişi sağlamlığı üçün ən faydalı maddə - Pomidor, qreypfrut və itburnuda var
09.10.2019
Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
07.10.2019
Suşinin ölümcül təhlükəsi
06.10.2019
Bəşəriyyəti yeni epidemiya gözləyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info