Bərdədə məcburi köçkünlər üçün salınan məhəllədə işlər yekunlaşır
Tarix: 19.07.2013 | Saat: 21:49:00 | E-mail | Çapa göndər


Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkünlər üçün salınan yeni yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə bağlı vəziyyəti öyrənmək məqsədi ilə Bərdə rayonunda olub.
Yaşayış məhəlləsində tikintinin gedişi ilə tanış olan Ə.Həsənov burada inşaatçılarla müşavirə keçirmiş, icraçılara işlərin yüksək keyfiyyətlə və vaxtında başa çatdırılması üçün tapşırıqlar verib. Qeyd olunub ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq salınan yeni yaşayış məhəlləsində hər biri 5 mərtəbəli olmaqla 15 ədəd yaşayış binası, 540 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, həkim məntəqəsi, klub icma mərkəzi, inzibati bina, ATS binası inşa edilib. Binalardakı mənzillərin 70-i bir, 430-u iki, 325-i üç, 45-i dördotaqlıdır. Burada tikinti işləri ilə 20-yə yaxın şirkət məşğul olur. Artıq binalarda hörgü və suvaq işləri başa çatdırılıb, dam örtükləri vurulub. Hazırda yaşayış massivinin tikintisində tamamlanma işləri sürətlə davam etdirilir. Daxili elektrik xətləri çəkilir, yolların tikintisi aparılır. Yaşayış massivində işlərin avqustun ortalarınadək tam yekunlaşdırılması nəzərdə tutulur. Yeni məhəllədəki mənzillərə Bərdə rayonu ərazisindəki təhsil müəssisələrində müvəqqəti məskunlaşmış ailələr köçürüləcək.
Müşavirədə tikinti şirkətlərinin nümayəndələri çıxış edərək inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını diqqətə çatdırıblar.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov müşavirəyə yekun vurub.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info