“Ermənistanın müharibə veteranları ağır vəziyyətdə yaşayır”
Tarix: 19.07.2013 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


Ermənistandakı ağır sosial-iqtisadi vəziyyət əhalinin dolanışığını hər keçən gün daha da ağırlaşdırır. Sərkisyan hökuməti əhalinin sosial vəziyyətinin yüngülləşdirilməsi üçün heç bir adım atmır. Bu addımları atmaq üçün saxta yolla prezident kreslosunda əyləşən Sərkisyan hökumətində nə siyasi iradə, nə də lazımi maddi resurs var.
Çox kiçik büdcəyə malik olan Ermənistanın iqtisadi potensialı o qədər zəifdir ki, ölkə əhalisinin əksəriyyətini təşkil edən aztəminatlı hissənin sosial-iqtisadi durumunu yaxşılaşdırmaq üçün islahatlar həyata keçirmək iqtidarında deyil. Azərbaycanın sadəcə müdafiə xərcləri üçün ayırdığı vəsaitdən də az miqdarda büdcəyə sahib olan Ermənistanın rəhbərliyi dövlət vəsaitlərini şəxsi büdcələrinə transfert etməklə məşğul olaraq əhalinin kasıblaşmasını, ölkədən baş götürüb qaçmasını sürtələndirirlər.
Miqrasiya problemi o qədər dəhşətli həddə çatıb ki, artıq Ermənistanın üçün ciddi milli təhülkəsizlik probleminə çevrilir. Beynəlxalq ekspertlər nahaq yerə belə davam edərsə Ermənistanın insansız dövlətə çevriləcəyini açıqlamırlar. Miqrasiyanın əsas səbəbi işsizilk və yoxsulluqdur. İşləmək üçün heç bir müəssisə, zavod, xidmət sahəsi tapa bilməyən erməni gənci üçün yeganə çıxış yolu Rusiya və ya Avropa ölkələrinə üz tutmaqdır. İşğalçı ölkənin işğal siyasətinin həyata keçirilməsində bilavasitə iştirak etmiş hərbçilər, müharibə veteranları onlara vəd olunan «xoşbəxt gələcək» əvəzinə aclıq, səfalət içində yaşayırlar. Bir vaxtlar Azərbaycanın torpaqlarını işğal etməklə «böyük gələcək» üçün vuruşduqlarını düşünən hərbçilər indi Ermənistan cəmiyyətində heç kimə lazım olmayan şəxslərə çevriliblər. Torpaqlarımızın işğalı Ermənistan dövlətinə nə qazandırıb ki, işğalda iştirak edən hərbçilərə də nəsə qazandırsın. İşğal nəticəsində Ermənistan regionda həyata keçirilən bütün layihələrdən təcrid olunub, heç bir inteqrasiya proseslərində iştirak edə bilmir və nə qədər ki, işğal faktını davam etdirir edə də bilməyəcək. Ermənistan dövləti kimi müharibə veteranları da işğalın əziyyətinin çəkir, acısını yaşayırlar. Elə onları günlərdir İrəvanın mərkəzindəki Azadlıq meydanında oturaq aksiya keçirməyə vadar edən də budur. Ehtiyatda olan polkovnik-leytenant Xaçik Avetisyan da artıq beş gündür aksiyada iştirak edərək döyüşçü yoldaşlarına dəstək olduğunu bildirir. «Arminfo» yazır ki, müharibə veteranları bu yolla hökumətin diqqətini problemlərinə cəlb etmək istəyirlər. Baş nazir Tiqran Sərkisyanla görüşən veteranların bir qrupu ondan statuslarının dəqiq müəyyənləşdirilməsini, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasını, təqaüdlərinin artırılmasını, tibbi təminatlarının olmasını xahiş ediblər. Amma Sərkisyan onlara bildirib ki, tələbləri yerində səsləndirilən tələblərdir, amma bunları yerinə yetirmək üçün vəsaitləri yoxdur. Əvəzində hökumət başçısı onlara söz verib ki, məsələləri müzakirə etmək üçün onlarla yenidən görüşəcək. Qeyd edək ki, ehtiyatda olan polkovnik Volodya Avetisyanın başçılığı altında müharibə veteranları ilk belə aksiyanı bu ilin may ayında keçiriblər. Onlar indi yenidən aksiyalarını bərpa ediblər. Müharibə veteranları həddindən artıq ağır olan sosial vəziyyətlərinin düzəlməsi üçün hökumətin addım atmasını gözləyirlər və bu addım atılana qədər oturaq aksiyanı davam etdirəcəklər.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info