Siyasi qurum hansı ölkədən maliyyə alırsa onun da maraqlarını müdafiə edir
Tarix: 14.02.2019 | Saat: 12:43:00 | E-mail | Çapa göndər


Namiq Əliyev |

Tarix üzrə fəlsəfə doktoru

Gələcəyini düşünən bütün dövlətlər vətəndaşlarının, ərazisində fəaliyyət göstərən siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının xarici əlaqələrinə olduqca həssaslıqla yanaşırlar. Çünki bu məsələ adıçəkilənlərin şəxsi işi hesab olunmur, birbaşa dövlətlərin milli maraqları, təhlükəsizlikləri ilə bağlı olan problemlərdir. Azərbaycan dövləti də milli təhlükəsizliyini qorumaq üçün buradakı qurumların xaricdən maliyyələşməsi məsələsini diqqətlə izləyir və bununla bağlı Milli Məclis müvafiq qanunlar da qəbul edib. Məsələn, Seçki Məcəlləsinə görə, son 10 ildə Azərbaycanda yaşamayan və yaxud xarici dövlətlər qarşısında müəyyən öhdəliyi olan insanlar prezidentliyə namizədliklərini verə bilməzlər. Bu maddə ona görə qəbul olunub ki, xariclə sıx bağlı olan şəxsin dövlət başçısı olmaq iddiası təmin edilməsin. Eləcə də siyasi partiyalar haqqında qanuna görə, onların xaricdən maliyyələşməsi qadağandır. Milli təhlükəsizliyini ön plana çəkən dövlətlərin heç biri ərazisindəki siyasi partiyanın xaricdən maliyyələşməsinə normal baxa bilməz. Odur ki, hakimiyyət iddiasında olan AXCP-nin xaricdən maliyyə yardımları alması faktının məhkəmədə etiraf edilməsi ciddi qanun pozuntusunun olmasından xəbər verir. Digər tərəfdən, son illər dünyada baş verən “rəngli inqilablar”ın hamısının xaricdən maliyyələşməsini unutmaq olmaz. Ərəb ölkələrinin “rəngli inqilab”lar sayəsində necə dağılması gözümüzün qarşısında baş verib. Ukraynadakı “inqilab”dan sonra, bu gün ölkədəki 20 milyon əməkqabiliyyətli əhalidən 10 milyonu xarici ölkələrə köç edib. Bu kimi acı təcrübələri nəzərə alaraq, Azərbaycan dövləti də konkret siyasi partiyanın xaricdən maliyyələşməsi faktını aşkar edibsə, həmin qurum barəsində qanunvericiliyə uyğun hərəkətlər etməkdə tam haqlı olacaq. Çünki birmənalıdır ki, siyasi qurum hansı xarici ölkədən maliyyə yardımı alırsa, həmin ölkənin də maraqlarını müdafiə edəcək.






 
Müəllifin son yazıları

18.02.2019 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
27.03.2018 Təhsilli cəmiyyət siyasi mübarizənin “söyüş müstəvisinə” endirilməsini qəbul edə bilməz
18.05.2015 Babam müharibədən qayıtmadı, əmim isə sonadək cəbhədə oldu…

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info