FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Tarix: 20.07.2013 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Fövqəladə Hallar Nazirliyi küləkli hava şəraiti ilə əlaqədar olaraq əhaliyə müraciət edib. Nazirliyin saytının məlumatına görə, müraciətdə bildirilir ki, bu günlər respublika ərazisində güclü küləyin əsməsinə baxmayaraq istirahətini dəniz kənarında, çimərliklərdə keçirən insanlar əsas məsələni - şəxsi təhlükəsizliklərini yaddan çıxararaq dənizdə çimməyə can atırlar.

Təbii ki, bu da bir sıra bədbəxt hadisələrin, insan həyatı üçün təhlükə yaradacaq halların baş verməsinə şərait yaradır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yaxın iki gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Çimərliyə gələn hər bir vətəndaş FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedicilərinin tələblərinə sözsüz əməl etməli, küləkli və dalğalı havada dənizdə çimməyi müvəqqəti dayandırmalıdır. Çünki küləkli və dalğalı havada dənizə girmək həyat və sağlamlıq üçün təhlükəlidir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info