Rəsul Quliyev: “İsa Qəmbərin səviyyəsi 1992-ci ildən bu tərəfə dəyişməyib”
Tarix: 22.07.2013 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Müxalifət partiyalarının bir-birinə qarşı daim ağır ittihamlar səsləndirməsi artıq adi hal alıb. “Milli şura”da toplaşaraq vahid komanda qurduqlarını iddia edən bu düşərgənin təmsilçiləri hər nə qədər mehriban görünməyə çalışsalar da sonda özləri özlərini ifşa etmiş olurlar.
AXCP ilə Musavat arasında son zamanlarda gedən söz savaşına eks-spiker Rəsul Quliyev də qoşulub. Maraqlısı isə budur ki, o, bu intriqanı İsa Qəmbərlə aparmağa başlayıb.
Hər ikisi eyni komandada- “milli şura”da təmsil olunmalarına baxmayaraq Rəsul Quliyev və İsa Qəmbər arasında soyuq müharibənin səngiyəcəyi də görünmür. Xüsusən də Rəsul Quliyev seçkiqabağı okeanın o tayından gah İsa Qəmbərin, gah da onun başqanı olduğu partiyanın ünvanına ağır ittihamlar səsləndirməklə gündəmdən düşmür. İsa Qəmbərin prezidentliyə namizədliyini həzm edə bilməyən Milli Məclisin sabiq sədri bu dəfə Müsavat başqanını dağıdıcılıqda ittiham edib.
Rəsul Quliyev Müsavat başqanının prezidentliyə layiq olmadığını bildirib:
“Milli şura” adı altında birləşməkdən söhbət gedirsə, burada İsa Qəmbər şəxsiyyətini müzakirə etmək düzgün deyil. Onun Azərbaycanın gələcəyinin formalaşmasında nə rolu ola bilər, məndən soruşsanız ancaq neqativ cavab verərəm. Çünki insanda konkret “bu xalq üçün nə istəyir ?” fikri formalaşmayıb. Onun prezidentin səlahiyyəti və məsuliyyəti barədə anlayışı 1992-ci ilin may ayının səviyyəsində qalıb. Söhbət burada ondan yox, Müsavat partiyasından gedir. “Milli şura” yaradanda Müsavat partiyasını kənarda saxlamaq düzgün deyildi. İndi əgər İsa Qəmbər səhv hərəkətlərə yol verirsə məsuliyyət Müsavat partiyasınındır, onun yox. Müsavat partiyası liderinin dağıdıcı siyasətinə yox deyə bilmirsə məsuliyyəti onunla birlikdə daşıyır, bu aksiomadır”-deyə eks-spiker İsa Qəmbərə sataşıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info