“AtaBank” və “AtaSığorta” da jurnalistləri təbrik edib
Tarix: 22.07.2013 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


“AtaBank” ASC və “AtaSığorta” ASC Milli Mətbuat günü ərəfəsində jurnalistlərlə görüş keçirdi. Tədbirdə Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak etdilər.
“AtaBank” ASC-nin İdarə Heyətinin üzvü – İcraçı direktor cənab Elnur Osmanov mətbuat nümayəndələrini təbrik edərək bildirdi ki, banklar və media sıx əməkdaşlıq etməlidirlər və bu cür tədbirlər bu əməkdaşlığı daha da möhkəmləndirir. Ölkə iqtisadiyyatının sürətlə inkişaf edən bu dövründə müştərilərin ehtiyaclarını və tələbatlarını ödəmək üçün banklar öz məhsul və xidmət portfellərini daim yeniləyirlər, zamanın nəbzini tutmağa çalışırlar. Buna görə də media bu yeniliklərlə bağlı geniş ictimaiyyəti maarifləndirməkdə böyük rol oynayır. Cənab Osmanov sonda bildirdi ki, “AtaBank” ASC gələcəkdə də bu cür dəyirmi masalar ətrafında media nümayəndələri ilə görüşlərini davam edəcək, müştərilərin maliyyə savadlılığının artırılması, onlara innovativ və müasir məhsullar barədə dolğun məlumat çatdırılması istiqamətində əməkdaşlığı daha da genişləndirəcək.”
“AtaSığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini Orxan Məmmədov da həmçinin, KİV nümayəndələrinə sığorta bazarını fəal işıqlandırdıqlarına görə təşəkkürünü bildirərək qeyd etdi ki, mətbuatın dəstəyi olmadan vətəndaşların sığorta sektorunun yeni istiqamətləri ilə tanışlığı, həmçinin, əməkdaşlıq və təcrübə mübadiləsi mümkün deyil. Müştərilərə daha səmərəli və keyfiyyətli sığorta xidmətləri göstərmək üzrə qarşıya qoyulmuş məqsədlərə nail olmaqda “AtaSığorta” üçün onun sığorta fəaliyyətinin nəşrlərin səhifələrində və jurnal materiallarında öz əksini tapması çox mühümdür”.
Tədbirdə bütün iştirakçılara “AtaSığorta” ASC və “AtaBank” ASC-dən hədiyyələr təqdim edildi. Jurnalistlər lotoreya oyununda iştirak edərək “AtaTexnologiya” MMC-dən hədiyyələr və “Excelsior Hotel Baku” otelindən “Aura” sağlamlıq mərkəzinə sertifikatlar uddular. Görüşdə təbrik müraciəti ilə çıxış edən “AtaHolding” ASC-nin Kommunikasiya şöbəsinin rəhbəri Dilarə Zamanova cəmiyyətdə mətbuatın əvəzedilməz rolunu, KİV-lə biznes strukturların əməkdaşlığının qarşılıqlı faydalılığını vurğuladı.

İlkin




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
3 ayda Azərbaycan əhalisinin gəlirləri artaraq 12 milyard manatdan çox olub
24.04.2019
Övladlığagötürmədə bu tələblər də əksini tapacaq
24.04.2019
Yaxın vaxtlarda yataqxanalardakı 1200 məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək
24.04.2019
Övladlığagötürmə: Yeni idarəetmə modelində valideyn-namizədlərin mənzil şəraiti və gəlirləri ilə bağlı tələblər də əksini tapacaq
24.04.2019
Əlilliklə bağlı göndərişlərin rəsmiləşdirilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən də həyata keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info