Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
Tarix: 18.02.2019 | Saat: 12:35:00 | E-mail | Çapa göndər


Namiq Əliyev |

Tarix üzrə fəlsəfə doktoru

Bütün dövrlərdə, həm daxildən, həm də xaricdən xalqımızın milli qəhrəmanlarına, tarixi şəxsiyyətlərinə hücumlar olub. Orta əsrlərin ərəb mənbələrinə diqqət yetirsək , onlarda nəinki Babəkin özü haqqında, həmçinin valideyinləri haqqında da xoşagəlməz fikirlərə rast gələrik. Eləcə də bəzi tarixi mənbələrdə nəhəng imperiya qurmuş Şah İsmayıla, parçalanmış əraziləri birləşdirməyə çalışan Ağa Məhəmməd şah Qacara fərqli münasibətin şahidi oluruq. Sovet dövründə sözügedən məsələyə münasibət başqa çalar aldı, belə ki, hər sahədə olduğu kimi, tarixə və onun yaradıcılarına münasibət ideoloji prinsiplərə əsaslanırdı. Son dövrlərdə isə milli qəhrəmanlar və tarixi şəxsiyyətlərə edilən hücumlar davamlı və daha intensiv hal alıb və xarakteri dəyişib. Sosial şəbəkələrdə Babəkə, Şah İsmayıla, Nəriman Nərimanova, Heydər Əliyevə, Mübariz İbrahimova ardıcıl hücumların şahidi oluruq. Bu, təsadüfi deyil, çünki sosial şəbəkələr informasiya müharibəsinin əsas meydançasına çevrilib. Əgər əvvəlki dövrlərdəki hücumlar qarşı tərəflərin maraqlarına uyğunluq dərəcəsi ilə bağlı idisə, hazırkı hücumlar informasiya savaşının tərkib hissəsinə çevrilib.
Bəs səbəb nədir ki, xalqına 2 milyon kvadrat kilometr torpaq miras qoyub getmiş Şah İsmayıl, SSRİ kimi nəhəng imperiyanın rəhbərlərindən biri, faktiki olaraq 1993-cü ildə Azərbaycanı parçalanmadan xilas etmiş Heydər Əliyev sosial şəbəkələrdə hücuma məruz qalır? İnformasiya müharibəsinin nəzəriyyəçilərinə görə, xalqların tarixində mühüm rol oynamış tarixi və siyasi xadimlərə qarşı mübarizə “soyuq savaş”ın ən effektiv mübarizə üsullarından biridir. Yaxşı məlumdur ki, şəxsiyyətlər tarixi bilavasitə yaradanlardır, əgər onları tarixin içərisindən çəkib çıxartsaq, o zaman tarixdə boşluqlar yaranacaq. İnformasiya savaşı aparan xarici tərəfin də məqsədi odur ki, qarşıdakı obyekt dövlətin tarixinin içərisi boşaldılsın. Belə situasiyada, onlar özlərinə sərf edən qəhrəman və şəxsiyyətləri çox rahatlıqla tarixi dəyişdirilmiş yeni nəslə pərçim edəcəklər. Şəxsiyyətləri gözdən salmaq cəhdləri ilə hədəf xalqlara aşılamağa çalışırlar ki, siz idarəedici xalqlar ola bilməzsiniz. Təbii ki, hansısa başqa xalqın xadimini özünə ideal seçmiş bir gənc çox asanlıqla informasiya savaşı aparanların tələsinə düşür. Müharibə şəraitində yaşayan, torpaqlarının bir qismi işğal olunmuş xalqın tarixi şəxsiyyətlərinin, milli qəhrəmanlarının əleyhinə təbliğatın gücləndirilməsi olduqca mənfi nəticələrə gətirib çıxara bilər. Ən dəhşətlisi də odur ki, bu təbliğatı xaricilər, elə xaricdə məskunlaşan soydaşlarımızın vasitəsilə aparırlar. Bunu informasiya savaşının qanunları tələb edir. Hansısa xaricinin bizim şəxsiyyətlər və qəhrəmanlar haqda mənfi fikirlərini cəmiyyətə rahat şəkildə qəbul etdirmək çətindir. Ona görə də savaşı aparmaq üçün yerli xalqın nümayəndələri ələ alınır və siyasi mübarizə ilə pərdələnmiş antişəxsiyyət hücumları təşkil olunur. Belə şəraitdə Azərbaycan cəmiyyəti, xüsusilə, gənclər ayıq olmalı, tarixi şəxsiyyətlərinə və milli qəhrəmanlarına sahib çıxmağı bacarmalıdırlar.




 
Müəllifin son yazıları

14.02.2019 Siyasi qurum hansı ölkədən maliyyə alırsa onun da maraqlarını müdafiə edir
27.03.2018 Təhsilli cəmiyyət siyasi mübarizənin “söyüş müstəvisinə” endirilməsini qəbul edə bilməz
18.05.2015 Babam müharibədən qayıtmadı, əmim isə sonadək cəbhədə oldu…

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info