Dövlət Miqrasiya Xidmətində Heydər Əliyevin irsi tədris olunur
Tarix: 22.07.2013 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin 2013-cü il 21 yanvar tarixli sərəncamına əsasən, Dövlət Miqrasiya Xidmətində (DMX) xüsusi tədbirlər planı təsdiq olunub.
Tədbirlər planına uyğun olaraq DMX-da ümummilli liderin irsinin, onun zəngin həyat və siyasi fəaliyyətini əks etdirən mövzuların tədris olunması məqsədilə il ərzində mühazirələr təşkil edilir. Mühazirələr Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin müəllimləri, həmçinin ziyalılar tərəfindən keçirilir.
DMX-dən bildirilib ki, plana uyğun olaraq Dövlət Miqrasiya Xidmətində Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli miqrasiya orqanlarının əməkdaşları üçün “Ümummilli lider Heydər Əliyev və miqrasiya prosesləri” mövzusunda növbəti mühazirə oxuyub.
Əli Hüseynli ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən bəhs edərək bildirib ki, ümummilli lider Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edib və onun həyata keçirilməsi üçün mühüm addımlar atıb.
Milli Məclisin komitə sədri vurğulayıb ki, ümummilli lider dövlət müstəqilliyinin ilk illərində ölkənin bütün sahələrində, o cümlədən miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində də çox mühüm tədbirlər həyata keçirib. Ulu öndərin qətiyyəti və siyasi uzaqgörənliyi nəticəsində ölkədə daxili-məcburi miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Nəticədə respublikamızdan bir sıra inkişaf etmiş dövlətlərə emiqrasiya prosesi zəifləyib, digər xalqları təmsil edən bir çox ailələr geri qayıdıblar. Həmçinin qeyd edilib ki, ümummilli liderin müəllifi olduğu “Əsrin müqaviləsi”nin imzalanması, tarixi “İpək Yolu”nun bərpası xarici əmək miqrasiyasını ölkəyə cəlb edib.
Mühazirəçi bildirib ki, ulu öndər Heydər Əliyevin həyatımızın bütün sahələrində olduğu kimi, bu istiqamətdə də müəyyənləşdirdiyi siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin rəhbərinin uğurla həyata keçirdiyi siyasət nəticəsində respublikada yaradılan sabitlik, təhlükəsizlik, sosial-iqtisadi inkişaf xarici ölkə vətəndaşlarının Azərbaycanda yaşamaq və işləməyə marağını artırıb. Bütün bunları nəzərə alaraq miqrasiya sahəsində dövlət nəzarətinin gücləndirilməsi məqsədilə zəruri normativ hüquqi aktlar qəbul edilib, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılıb, bir sıra fərman və sərəncamlar imzalanıb.
Natiq qeyd edib ki, Azərbaycanın siyasi, iqtisadi, mədəni və digər sahələrdə əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, ölkəyə gələn əcnəbilərin sayının ildən-ilə artması miqrasiya sahəsində vahid bir sənədin hazırlanmasını zəruri edib. Məhz buna görə Azərbaycanda ilk dəfə olaraq Miqrasiya Məcəlləsi hazırlanaraq qəbul edilib. Həmin sənəd bu ilin avqust ayının 1-dən qüvvəyə minəcək. Məcəllədə ölkənin miqrasiya sahəsini əhatə edən bir sıra normativ hüquqi aktların məcmusu öz əksini tapıb. Miqrasiya ilə bağlı normaların bir məcəllədə toplanması əcnəbilərin ölkə qanunvericiliyinin tələbləri barədə asan və rahat formada məlumat əldə etmələrinə imkan yaradacaq.
Sonda Milli Məclisin komitə sədri xidmətin Heydər Əliyev Muzeyi ilə tanış olub, ulu öndərin zəngin həyat və siyasi fəaliyyətini əks etdirən fotoşəkillərə baxıb.
Tədbirlər planına uyğun olaraq ümummilli lider Heydər Əliyevin irsinin, onun zəngin həyat və fəaliyyətini əks etdirən mövzuların tədrisi ilin sonunadək davam etdiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info