Yaponlar Lənkəranda həkim məntəqəsi tikiblər
Tarix: 22.07.2013 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə Lənkəran rayonu Zövlə kəndində yeni həkim məntəqəsinin tikintisi və tibbi avadanlıqlarla təchizi infrastruktur layihəsinin açılışını həyata keçirib. Bu münasibətlə keçirilən rəsmi mərasimi açan ADTGT-nin sədri Asif Əsgərli qısa vaxt ərzində uğurla həyata keçirilən layihəyə uyğun görülmüş işlər – yeni, müasir tipli həkim məntəqəsinin tikintisi və modern tibbi avadanlıqlarla təchizatı haqqında məlumat verib. A.Əsgərli eyni zamanda yüksələn xətlə inkişaf edən Yaponiya-Azərbaycan siyasi, iqtisadi, humanitar-mədəni və sosial infrastruktur əməkdaşlığı barədə danışaraq, bu əlaqələrin strateji partnyorluq səviyyəsinə çatdığını vurğulayıb. Sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov çıxış edərək ilk növbədə icra başçısı Taleh Qaraşovun salamlarını və təbriklərini çatdırıb, görülmüş işləri yüksək qiymətləndirib, respublikada, o cümlədən Lənkəranda Yaponiya səfirliyinin dəstəyi ilə həyata keçirilən təhsil, səhiyyə və sosial infrastruktur layihələrinə görə təşəkkürünü bildirib.
Yaponiyanın Azərbaycandakı səfirinin müavini xanım Hideko Ono çıxışında layihəyə və onu icra edən ADTGT-nın qısa müddətli fəaliyyətinə yüksək qiymət verib. O, layihəyə dəstək verən rayon rəhbərliyinə təşəkkürünü bildirib və Yaponiya səfirliyinin bu istiqamətdə işlərini bundan sonra da davam etdirəcəyini əminliklə söyləyib.
Müəllim Bülbül Sadıqov kənd sakinləri adından minnətdarlığını bildirib. Sonra rəmzi qırmızı lent kəsilib və həkim məntəqəsinə, otaqlara, avadanlıqlara və digər görülmüş işlərə baxış keçirilib.
Qeyd edək ki, bu layihə üzrə ADTGT ilə Yaponiyanın Azərbaycandakı səfirliyi arasında qrant müqaviləsi 5 mart 2013-cü il tarixdə imzalanmışdı. 6 ay ərzində tamamlanması nəzərdə tutulan işlər 4 ay ərzində başa çatdırılıb.
Bu layihə ADTGT-nin Yaponiya səfirliyinin dəstəyi ilə həyata keçirdiyi 6-cı layihədir ki, onun da 4-ü məhz Lənkəranda həyata keçirilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info