Amil Cavadov: “Milli şura”nın bölgələrdə sosial bazası yoxdur”
Tarix: 22.07.2013 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Müxalifət düşərgəsinin toplaşdığı iddia olunun “milli şura” yaranan gündən cəmiyyətdə özünə sosial baza yarada bilmədi. Gənclərin bu quruma maraq göstərməməsini görən partiya liderləri yalandan bəyanatlar verərək qurumun ayrı-ayrı bölgələrdə də nümayəndəliklərinin yaradılacağını söyləyirlər və bölgələrdəki gənclərin “milli şura”ya maraq etdiyini bəyan edirlər. Əslində isə mənzərə tamamilə fərqlidir. Qurum öz daxilində intriqalar səbəbindən parçalanmaq təhlükəsi ilə üzləşib.
Yeni Azərbaycan Partiyası(YAP) Gənclər Birliyinin şura üzvü, partiyanın Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov “Palitra”ya verdiyi açıqlamada müxalif düşərgənin təlaş içində olmasının, gənclərin cüzi bir qisminin onların ardıyla getməsi ilə əlaqələndirdi. Amil Cavadov bölgə gəncləri arasında müxalifətin dayağının, social bazasının olmadığını, bütövlükdə Azərbaycan gənclərinin Prezident İlham Əliyevin uğurlu siyasi kursunu daim dəstəklədiyini bildirdi:
“Müxtəlif adlarda heç bir siyasi əhəmiyyəti olmayan, sosial bazasız birliklər yaratmaq artıq müxalifətdə bir ənənə halını alıb. Bu cür yollarla ancaq seçkidən- seçkiyə görünən, hakimiyyətdə olduqları zaman etdikləri əməllərlərini unudub xalqın qarşısına çıxmağa üz tapan müxalifət liderlərinin onsuz da kim olduqlarını hər bir kəs çox gözəl bilir. Onlar özləri də yaxşı anlayırlar ki, xalq öz sözünü 20 il öncə deyib. Azərbaycan xalqı onun etimadını doğruldan, verdiyi sözlərini əməlləri ilə həyata keçirən liderin yanındadır. Bundan sonra onlar nə qədər birliklər, şuralar, ictimai palatalar yaratsalar da, bunlar xalqın seçiminə təsir etməyəcək qədər əhəmiyyətsizdir”.
Amil Cavadov öz aralarında namizədlik məsələsində razılığa gələ bilməyən müxalifət liderlərinin gülünc duruma düşdüklərini də vurğuladı: “Doğrusu mən müxalifətin başqa-başqa adlarla birliklər yaratmaq addımlarını ,nə qədər qəribə səslənsə də məhəllə uşaqlarının yığışıb müxtəlif adlarda oyun oyanamaqlarına bənzədirəm. Əgər biz əvvəllər yaradılan və hazırda heç bir izi-tozu qalmayan saxta birliklərin tərkibinə baxsaq hamısında eyni simaların olduğunu görəcəyik. Yəni, bunlarda dəyişən sadəcə adlardı. Onların ideyaları da, irəli sürdükləri fikirləri də özləri kimi köhnədir. Həmçinin də “milli şura”. Bu gün biz yeni dövrdə, informasiya, kreativ düşüncələr dövründə yaşayırıq. Ancaq müxalifətin saxta birliklərinin nəticəsi olan “milli şura”nın adından görünür ki, bunların düşüncəsi hələ də yüz il geri ilə ölçülür. Müxalifət düşərgəsində olanların heç bir zaman öz fikirləri olmayıb, olmayacaq da”.
YAP-ın Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri partiyalarında gənclərə yer verməyib, gəncləşmə siyasəti aparmayan köhnə müxalifətçilərin “milli şura”da namizədlik məsələsində də razılığa gələ bilməyəcəklərini bildirdi: “Mən inanmıram ki, “milli şura” qarşıdan gələn prezident seçkisinə vahid namizədlə getsin. Şuraya daxil olan Müsavat partiyasının yanvar ayında qəbul etdiyi qərarın ləğv edilməməsi və İsa Qəmbərin Müsavatın namizədi olaraq qalması “milli şura”da namizədlik məsələsi ilə bağlı fərqli mövqelərin olmasını göstərir. Bu prosesin də seçkiyə qədər bu cür davam edəcəyinə heç də şübhə etmirik. Azərbaycan gəncliyinin böyük əksəriyyəti bugünki siyasi hakimiyyəti dəstəkləyir və ölkəmizin uğurlu gələcəyini Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətində görür. Qarşıdan gələn seçkidə bizim birmənalı olaraq mütləq seçimimiz gənclərin hamisi olan İlham Əliyevdir. Ancaq bəzi gənclərimizin radikal qüvvələrin ardınca getməsi çox təəssüf ki, həmin gənclərin onlarla, onların etdikləri əməllərlə bağlı informasiyalı olmamalarından irəli gəlir. Bu isə çox uzun çəkmir. Çünki onların yanında olan gənc həmin insanların danışdıqları ilə əməllərinin heç cür uyğun olmadığını görür və təbii ki, onlardan uzaqlaşır. Son olaraq da onların gənclərlə keçirdiyi görüşdə çox az bir sayda gəncin iştirak etməsi bir daha onu təsdiqləyir ki, gəncliyin seçimi artıq indidən bəllidir”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib
15.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
15.11.2018
Büdcə müzakirələri başa çatdı: hökumətə noyabrın 23-dək vaxt verildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info