“Ukraynada polis sistemində çoxlu azərbaycanlı çalışır”
Tarix: 19.02.2019 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Fərhad Fərhadov: “Kiminsə professionallığı, istedadı varsa uğur qazanmaq üçün yol açıqdır”

Müsahibimiz Fərhad Fərhadov 1987-ci il oktyabrın 11-də Dnepropetrovsk şəhərində doğulub. 2005-ci ildə Dnepropetrovsk şəhəri, 96 nömrəli məktəbini bitirib. 2010-cu ildə Dnepropetrovsk Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra bir sıra rəsmi vəzifələrdə çalışıb. Eyni zamanda ictimai fəaliyyətlə də məşğul olub. Hazırda Ukrayna Daxili İşlər Nazirliyində idarə rəisidir, həmçinin Dnepropetrovsk vilayətində Ədliyyə İdarəsinin Gənc Hüquqşünasların Koordinasiya Şurasının sədrdir. O, necə deyərlər, öz gücünə az bir zamanda bu vəzifələrə yüksəlib.
-Ukraynada qeyri-ukraynalı gəncin uğur qazanması nə dərəcədə asandır?
- Bu baxımdan Ukrayna dövləti insanların milliyyətinə baxmır. Kiminsə professionallığı, istedadı varsa uğur qanmaq üçün yol açıqdır.
-Bəs sizin əsas işiniz nədən ibarətdir?
-Bizim idarə öncə polisin tərkibində idi. İndi isə ayrıca idarədir. Və bütün polis, miqrasiya, sərhəd və s. xidmət sahələrinə nəzarət olunur. Əsasən hüquqi sənədləri yoxlayırıq.
-İşlədiyiniz yerdə qeyri-ukraynalı olaraq sizə münasibəti necədir?
- Burada mənə münasibət çox yaxşıdır. İşləyə bilirsənsə önə də çəkirlər. Burada insanın əsasən işinə qiymət verilir.
-Bəs orada sizdən başqa azərbaycanlı varmı?
- Ukraynada polis sistemində çoxlu azərbaycanlı çalışır. Amma xüsusən mən işləyən yerdə azərbaycanlı yoxdur.
-Ukraynada soydaşlarımız rəsmi vəzifələrdə çalışırlarmı?
- Millət vəkili və məmur var. Ukrayna açıq şəkildə kifayət qədər peşəkarlığı malik olanları qəbul edir.
-Karyeranızda sizə əsas dəstək olan kim olub?
-Bu baxımdan kimsə mənə dəstək olmayıb. Mən hər zaman özümə inanmışam. Hər gün işləmək və çalışmaq karyeramda yüksəlməyimə yardım edib. İnsan hər gün məqsədi uğurunda işləməlidir.
-Diaspor tədbirlərinə qatılırsınızmı?
- Dneprdə olarkən mütəmadi olaraq qatılırdım. İndi isə mənə dəvət gələndə qaçırmamağa çalışıram.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Fuad Abbasov saxlanmasının əsl səbəbini açıqlayıb
23.05.2019
Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”
23.05.2019
“Gəmi mühiti insana möhkəm, iradəli olmağı öyrədir”
21.05.2019
“İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
20.05.2019
Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info