ADA Uelsin Aberistvis Universiteti ilə əməkdaşlıq edəcək
Tarix: 22.07.2013 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Diplomatik Akademiyası (ADA) və Uelsin Aberistvis Universiteti arasında tələbə və professor heyətinin mübadiləsi haqqında memorandum imzalanıb. ADA-dan bildiriblər ki, sənədi ADA-nın prorektoru Fariz İsmayılzadə və Aberistvis Universitetinin prorektoru Con Qrattan imzalayıblar. Memoranduma əsəsən, bu tədris ilindən başlayaraq universitetlər arasında tələbə və professor heyətinin mübadiləsi həyata keçiriləcək.
Növbəti beş il ərzində bu ali məktəblər elmi mübadilənin bütün istiqamətləri, o cümlədən kitab və nəşr mübadiləsi, qarşılıqlı maraq doğuran mövzular üzrə elmi toplantıların və araşdırmaların, görüşlərin və sərgilərin təşkili sahələrində əməkdaşlıq edəcəklər. 1872-ci ildə təsis edilmiş Aberistvis Universiteti beynəlxalq siyasət ixtisası üzrə təhsil verən dünyanın ilk ali məktəblərindən biridir. Fariz İsmayılzadənin sözlərinə görə, hazırda Uelsin aparıcı universitetlərindən biri olan Aberistvis beynəlxalq münasibətlərlə yanaşı, digər ixtisasların mükəmməl tədrisi sahəsində də seçilir. ADA hər il Uelsə iki tələbə göndərməyi planlaşdırır. O deyib: “ADA-nın tələbələri daha bir aparıcı xarici universitetdə mübadilə proqramı ilə təhsil almaq imkanı qazanmışlar. Diplomatiyanı bu sahədə bir əsrə yaxın tədris təcrübəsinə malik universitetdə öyrənməklə yanaşı, onlar həm də mədəni mübadilədən bəhrələnə biləcəklər”.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
16.01.2019
Nazirin Xızı şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi
16.01.2019
Kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib
15.01.2019
Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı qərargahlar yaradılıb
15.01.2019
Balaxanıda narkotacir saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info