Almaniya kəşfiyyatı internet izləmədə Amerikaya yardım edib
Tarix: 22.07.2013 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


«Der Spiegel»: «Amerika kəşfiyyatının ay ərzində əldə etdiyi 500 milyon informasiyanın 180 milyonu Almaniyadakı «XKeyscore» proqramı vasitəsilə əldə edilib»

Amerika kəşfiyyatının üzvü Edvard Snoudenin açıqladığı sənədlər bir çox ölkənin xüsusi xidmət orqanlarının vətəndaşların telefon və internet dinləməsini həyata keçirdiyini üzə çıxardı. Amerika Milli Təhlükəsizlik Agentliyinin ölkə xaricində insanların telefon danışıqları ilə yanaşı, internet əlaqəsini də daimi olaraq nəzarətdə saxlamasının ortaya çıxması özü ilə bərabər, bir çox suallar da doğurdu.

Məsələn, dünya mediası belə bir suala cavab axtardı ki, Amerika kəşfiyyatı Almaniya və ya Fransa xüsusi xidmət orqanlarının xəbəri olmadan bu ölkələrin vətəndaşlarını necə dinləyib, bu ölkələrdə internetə, sosial şəbəkələrə, elektron məktublaşmaya necə nəzarət edə bilib? Snoudenin sonradan açıqladığı sənədlərdən sonra məlum oldu ki, Amerika kəşfiyyatının dinləmə əməliyyatından bir çox ölkənin kəşfiyyatı xəbərdar olub və bu işdə amerikalılarla əməkdaşlıq edilib. Almaniyanın «Der Spiegel» jurnalı ələ keçirdiyi yeni sənədlərlə iki ölkənin kəşfiyyat orqanı arasındakı gizli əlaqənin üstünü açıb. Amerika və Almaniyanın kəşfiyyat orqanlarının izləmə əməliyyatında müəyyən qədər əməkdaşlıq etmələri əvvəlcədən də bəlli idi. Amma yeni sənədlər sübut edir ki, iki ölkə kəşfiyyatı xüsusilə internet-izləmədə çox sıx işbirliyi içində olublar. Almaniyanın federal kəşfiyyat xidməti olan BND-nin internet izləməni həyata keçirən casus proqram təminatında Amerika kəşfiyyatına yardım etdiyi üzə çıxıb. «Der Spiegel» iddia edir ki, bunu sübut edəcək kifayət qədər ciddi sənədlərə malikdir. Həmin sənədlərdən birində qeyd edilir ki, Almaniyanın Konstitusiyanı müdafiə təşkilatında quraşdırılan «XKeyscore» proqramının əsas məqsədi terrorizmə qarşı mübarizə sahəsində Amerika Milli Kəşfiyyat Agentliyinə yardım etmək olub. Proqramın həyata keçirilməsinə nəzarəti isə BND həyata keçirib. Yeni sistemin 2008-ci ildə gizli şəkildə təqdimatı olub. Təqdimatda yeni sistemin casus aləti kimi çox səmərəli olduğu qeyd edilib. Həmin sistem açar sözü tutan kimi əməliyyata başlayır. Eyni zamanda bu sistem bir neçə gün ərzində izlənən şəxs və ya setdəki informasiyanı toplamaq imkanına malikdir. Amerika kəşfiyyatının ay ərzində əldə etdiyi 500 milyon informasiyanın 180 milyonu Almaniyadakı «XKeyscore» proqramı vasitəsilə əldə edilib. Amerika Milli Kəşfiyyat Agentliyinin keçmiş şefi Maykl Heyden 11 sentyabr hadisələrindən sonra bildirmişdi ki, Avropadakı tərəfdaşları ilə geniş əməkdaşlığa başlayıblar. Almaniyanın sosial-demokrat və yaşıllar partiyaları indi amerikalıların qanun qarşısında cavab vermələrini tələb edirlər. Bu iki partiya rəhbərliyi hesab edir ki, Amerika kəşfiyyatı Almaniya vətəndaşlarının şəxsi həyat toxunulmazlığını pozub və onların özəl həyatına gizli şəkildə müdaxilə edib. Amma xristian-demokratlar həmin vaxt hakimiyyətdə olan bu partiyaları «məsuliyyətsiz ikiüzlülük»də ittiham edir.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info