Büdcə ilə bağlı problemlər ABŞ-ın gələcəyi üçün təhlükədir
Tarix: 23.07.2013 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri respublikaçı Con Beynerin fikrincə, ABŞ-ın federal büdcə problemləri ölkənin inkişaf perspektivləri üçün real təhlükədir.
Con Beyner “SBS” teleşirkətinə verdiyi müsahibədə deyib: “Biz büdcə ilə bağlı vəziyyəti sabitləşdirmək üçün nə isə etməliyik. Bu, ölkənin gələcəyi üçün ən böyük təhlükədir”.
Demokratlar administrasiyasını daim tənqid edən respublikaçı spiker vergi dərəcələrini azaltmağa və vergi məcəlləsindəki bir çox gərəksiz müddəaları çıxarmağa imkan verən vergi islahatı aparılmasının zəruri olduğunu vurğulayıb. Onun fikrincə, bu sənəd milyonlarla Amerika vətəndaşı üçün daha ədalətli olmalıdır. Beyner sosial sığorta proqramlarının işini də sabitləşdirmək lazım olduğunu söyləyib: “Bu cür proqramlar milyonlarla amerikalı üçün çox vacibdir. Əgər biz həmin proqramların yaxşılaşdırılması istiqamətində ciddi addımlar atmasaq, bu insanlar sığorta proqramlarından kənarda qalacaqlar”. Sosial sekvestr nəticəsində sığorta proqramlarının maliyyələşdirilməsi bir neçə milyard dollar azaldılıb. ABŞ prezidenti Barak Obama buna görə Konqresin Nümayəndələr Palatasına nəzarət edən respublikaçı müxalifəti günahlandırıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info